8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Suriyanın yenidən qurulması üçün 216 milyard dollar tələb olunur - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriyanın bərpası və bölgədəki siyasi proseslərlə bağlı mühüm açıqlamalar verib. Onun sözlərinə görə, ölkənin tamamilə normallaşması, infrastrukturun yenilənməsi və əsas ehtiyacların qarşılanması üçün tələb olunan vəsait iki yüz on altı milyard dollar olaraq hesablanıb. SETA-da keçirilən “Suriya: Toparlanma və Yenidən İnşa” mövzusundakı tədbirdə çıxış edən Fidan, Suriyada uzun illər davam edən dağıntının miqyasının böyük olduğunu, rejimin müharibə dayandıqdan sonra ölkənin nə qədər çökdüyünü gördüyünü bildirib.

10 Dekabr 2025 17:04
Suriyanın yenidən qurulması üçün 216 milyard dollar tələb olunur - Hakan Fidan

BAKI,AzerVoice, Nailə Babazadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriyanın bərpası və bölgədəki siyasi proseslərlə bağlı mühüm açıqlamalar verib. Onun sözlərinə görə, ölkənin tamamilə normallaşması, infrastrukturun yenilənməsi və əsas ehtiyacların qarşılanması üçün tələb olunan vəsait iki yüz on altı milyard dollar olaraq hesablanıb.

AzerVoice xəbər verir ki, SETA-da keçirilən “Suriya: Toparlanma və Yenidən İnşa” mövzusundakı tədbirdə çıxış edən Fidan, Suriyada uzun illər davam edən dağıntının miqyasının böyük olduğunu, rejimin müharibə dayandıqdan sonra ölkənin nə qədər çökdüyünü gördüyünü bildirib.

Nazir vurğulayıb ki, Suriya böhranının başlanğıcından etibarən Türkiyə zülmdən və müharibədən qaçan milyonlarla insan üçün sığınacaq olub. Onların Türkiyədə yerləşdirilməsi və şəraitinin təmin edilməsi misilsiz həmrəylik nümunəsi kimi qiymətləndirilib. Fidan deyib ki, siyasi tənqidlərə baxmayaraq, Türkiyə bu insani mövqedən geri addım atmayıb.

O, Suriyada rejimin xalqına qarşı həyata keçirdiyi zorakılıqları xatırladaraq, vəziyyətin Qəzzadakı durumla bənzər olduğunu qeyd edib. Onun sözlərinə görə, müharibə dayandıqdan sonra rejim infrastrukturun dağıldığını, iqtisadiyyatın çökdüyünü və əhalinin ölkəni tərk etdiyini daha açıq şəkildə görməyə başlayıb.

Fidan həmçinin Türkiyə, Rusiya və İranın təşəbbüsü ilə yaradılan Astana prosesinin bölgədə yeni köç dalğasının qarşısını alan əsas diplomatik mexanizm olduğunu bildirib. Nazir qeyd edib ki, Suriyada yeni siyasi mərhələ başlayıb və bölgə ölkələrinin bu yeni rəhbərlikdən ciddi gözləntiləri var.

O, Suriya üçün sabitliyin bərpasında bütün silahlı qrupların vahid ordu altında birləşməsinin həlledici əhəmiyyət daşıdığını deyib. YPG ilə bağlı danışan Fidan, heç bir ölkədə iki silahlı gücün mövcud ola bilməyəcəyini və bütün silahlı strukturların dövlət tabeliyinə keçməli olduğunu vurğulayıb.

İsrailin bölgədəki fəaliyyətlərinə toxunan Fidan, bu siyasətin Suriyada əlavə gərginlik yaratdığını bildirib və İsrailin təhlükəsizliyi başqalarının güvensizliyi üzərində qurmaq siyasətindən imtina etməli olduğunu qeyd edib.

Nazir sonda Türkiyənin Suriyanın yenidən xaosa sürüklənməsinə icazə verməyəcəyini və prosesə daha sistemli şəkildə davam edəcəyini bildirib.

Məqalədə: #Hakan Fidan #Türkiyə XİN #Suriya #Suriya Kürd Milli Şurasının (ENKS) #Suriya xəbərləri #Suriya münaqişəsi #Türkiyənin Suriya siyasəti #Türkiyə və Suriya arasında nəqliyyat sahəsində əməkdaşlıq #Türkiyə-Suriya əməkdaşlığı #Türkiyə Suriya siyasəti

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.