6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondu Beynəlxalq Əməkdaşlığını genişləndirir: Seulda UNESCO nəzdində fəaliyyət göstərən ICHCAP ilə Memorandum imzalanıb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Seul şəhərinə işgüzar səfəri çəçivəsində Fond ilə UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) arasında Anlaşma Memorandumu imzalanıb.

23 Dekabr 2025 18:39
Türk Mədəniyyəti və İrsi Fondu Beynəlxalq Əməkdaşlığını genişləndirir: Seulda UNESCO nəzdində fəaliyyət göstərən ICHCAP ilə Memorandum imzalanıb

BAKI,AzerVoice

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Seul şəhərinə işgüzar səfəri çəçivəsində Fond ilə UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) arasında Anlaşma Memorandumu imzalanıb.

AzerVoice xəbər verir ki, sənədi Fondun prezidenti xanım Aktotı Raimkulova və Baş direktor v.i.e. xanım Gyuri Park imzalayıb. Anlaşma Memorandumu qeyri-maddi mədəni irsin qorunması, tədqiqi, sənədləşdirilməsi, rəqəmsallaşdırılması və beynəlxalq səviyyədə təbliği sahəsində tərəflər arasında institusional əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Memorandum çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elmi və informasiya mübadiləsinin aparılması, mütəxəssislərin cəlb olunması, həmçinin regional və beynəlxalq platformalarda ortaq təşəbbüslərin təşviqi planlaşdırılır.

Sənəd Türk dünyası ilə Asiya–Sakit okean regionu arasında mədəni irs sahəsində əməkdaşlığın və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından yeni üfüqlər açır, türk xalqlarının zəngin mədəni irsinin təkcə Avropada deyil, həmçinin Asiyada və qlobal arenada təqdim olunması üçün geniş imkanlar yaradır.

Seulda baş tutan Anlaşma Memorandumunun imzalanması və yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, UNESCO strukturları ilə əməkdaşlığın möhkəmləndirilməsi və türk xalqlarının zəngin qeyri-maddi mədəni irsinin qlobal miqyasda tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Türk Mədəniyyəti və İrsi Fondu Beynəlxalq Əməkdaşlığını genişləndirir: Seulda UNESCO nəzdində fəaliyyət göstərən ICHCAP ilə Memorandum imzalanıb Türk Mədəniyyəti və İrsi Fondu Beynəlxalq Əməkdaşlığını genişləndirir: Seulda UNESCO nəzdində fəaliyyət göstərən ICHCAP ilə Memorandum imzalanıb Türk Mədəniyyəti və İrsi Fondu Beynəlxalq Əməkdaşlığını genişləndirir: Seulda UNESCO nəzdində fəaliyyət göstərən ICHCAP ilə Memorandum imzalanıb
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova #Aktotı Raimkulovanın Seul şəhərinə işgüzar səfəri #UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) #Gyuri Park i

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.