6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirilib

17 Fevral 2025 10:57
Türkiyədə mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirilib

Bakı, AzerVoice

Türkiyədə “Kaplanlar” adı ilə tanınan mütəşəkkil cinayət qrupuna qarşı keçirilən “Hücre-12” əməliyyatı çərçivəsində 22 şübhəli saxlanılıb.

AzerVoice xəbər verir ki, onlardan 15-i həbs edilib, 7 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, Erdemli Respublika Baş Prokurorluğunun koordinasiyası və Mersin İl Təhlükəsizlik Müdirliyinin apardığı araşdırmalar nəticəsində 33 fərqli ünvana eyni vaxtda əməliyyat təşkil edilib.

Saxlanılan şəxslər silahlı hədə-qorxu, silah gücünə sənəd imzalatdıraraq soyğunçuluq, qrup halında ağır soyğunçuluq, qanunsuz silah saxlama, şantaj, qumar təşkil etmə və qanunsuz azadlıqdan məhrum etmə cinayətlərində şübhəli bilinirlər.

Keçirilən əməliyyatlar nəticəsində 7 sənədsiz silah, müxtəlif miqdarda narkotik maddə, çox sayda kəsici və deşici alət, eləcə də rəqəmsal materiallar aşkar edilərək müsadirə olunub.

Nazir Yerlikaya əməliyyatı koordinasiya edən prokurorluq və təhlükəsizlik qüvvələrinə təşəkkür edib.

Məqalədə: #Türkiyə #Ali Yerlikaya #mütəşəkkil cinayətkar #Mütəşəkkil cinayət qrupu #Hücre-12 əməliyyatı #Cinayət əməliyyatları

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.