9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Egey dənizində sunami təhlükəsi - mütəxəssislərdən xəbərdarlıq

20 Fevral 2025 16:35
Egey dənizində sunami təhlükəsi - mütəxəssislərdən xəbərdarlıq

Bakı,AzerVoice

Egey dənizində davam edən seysmik aktivlik sunami riskini artırıb.

AzerVoice xəbər verir ki, Türkiyəli mütəxəssislər, mümkün bir sunaminin sahillərə təxminən 30 dəqiqə ərzində çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Türkiyənin Dokuz Eylül Universiteti (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri Prof. Dr. Həsən Sözbilir, son zəlzələlərin Santorini adasının şimalında baş verdiyini bildirib. O, bu bölgədə bir neçə aktiv vulkanın olduğunu və keçmişdə vulkan püskürmələrinin zəlzələ və sunamilərə səbəb olduğunu vurğulayıb.

Prof. Dr. Ahmet Erdem isə eramızdan əvvəl 1600-cü ildə Santorini vulkanının püskürməsinin 6 bal gücündə bir zəlzələ yaratdığını xatırladıb. O, yenidən bir püskürmə halında atmosferə böyük miqdarda kül və qazın yayılacağını, bunun isə hava çirklənməsinə və kənd təsərrüfatına ciddi təsir edəcəyini bildirib.

Sözbilir, sunaminin zəlzələdən sonra baş verdiyini və sahillərə çatmasının ən azı 30 dəqiqə çəkəcəyini qeyd edib. “Sunami baş verdikdə nə edəcəyimizi bilsək, problemimiz olmayacaq. Sahildən uzaqlaşıb, daha yüksək ərazilərə çıxmalıyıq,” – deyə o, tövsiyə edib.

Egey dənizindəki seysmik aktivliyin izlənilməsi və mümkün təbii fəlakətlərə qarşı hazırlıqlı olmaq tövsiyə edilir.

Məqalədə: #Türkiyə #zəlzələ #Egey dənizi #sunami

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.