13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk dili Qambiya universitetinin tədris proqramına daxil edilir

27 Fevral 2025 13:51
Türk dili Qambiya universitetinin tədris proqramına daxil edilir

BAKI, AzerVoice

Türk Dili Qambiya Universitetində Rəsmi Xarici Dil Olacaq.

AzerVoice xəbər verir ki ,Banjul Yunus Əmrə İnstitutunun (YEE) koordinatoru Halil İbrahim Efe, Qambiya Universiteti ilə türk dili dərslərinin tədrisi üçün əməkdaşlıq protokolu imzalamaq mərhələsində olduqlarını bildirib.

Efe hazırda universitetdə alman, ingilis və fransız dilləri xarici dil kimi tədris olunduğunu , artıq Türk dilinin də dördüncü xarici dil olaraq proqramda yer aldığını qeyd edib.

Efe, Yunus Əmrə İnstitutunun Afrika qitəsindəki fəaliyyəti ilə bağlı geniş məlumat verib. O bildirib ki, institut Afrika tərəfdaşlığı layihəsi çərçivəsində mədəniyyət və təhsil sahələrində müxtəlif tədbirlər həyata keçirir.

Efe bildirib ki, 2024-cü ildə Afrikada fəaliyyət göstərən 15 mədəniyyət mərkəzində 107 tədbir təşkil olunub və bu tədbirlərdə təxminən 35 min insan iştirak edib. Hazırda Afrikada 5 mindən çox tələbə türk dili öyrənir.

Qambiya Mədəniyyət Mərkəzinin yaradılması prosesinin başa çatmaq üzrə olduğunu vurğulayan Efe, iki həftə ərzində mərkəzin fəaliyyətə başlayacağını açıqlayıb.

“Qambiya 1990-cı illərdən etibarən Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələri qurub. Burada ölkəmizə böyük sevgi və maraq var. Xüsusilə hərbçilər və polis əməkdaşları Türkiyəyə gedərək türkcə öyrəniblər”, – deyə o bildirib.

Qambiyalı əsgərlər Türkiyədə təhsil almaq üçün türkcə öyrənir

Efe həmçinin Qambiyanın Afrikada FETÖ məktəblərini bağlayan ilk ölkə olduğunu xatırladaraq, Qambiya xalqının Türkiyəyə xüsusi rəğbət bəslədiyini qeyd edib.

O vurğulayıb ki, rəsmi məqsədlərlə türkcə öyrənənlər istisna olmaqla, ölkədə türk dilini öyrənmək üçün alternativ imkanlar mövcud deyildi. Lakin YEE-nin Qambiyada açılacağı xəbəri yayıldıqdan sonra çox sayda insan kurslar barədə məlumat almaq üçün sosial media və e-poçt vasitəsilə müraciət edib.

Efe, Qambiya Universiteti ilə əməkdaşlıq protokolunun imzalanmaq üzrə olduğunu və türk dilinin universitetin rəsmi xarici dillər siyahısına daxil ediləcəyini təsdiqləyib.

Məqalədə: #Türkiyə #Qambiya #Qambiya Türkiyə əlaqələri #Qambiya ordusu üçün türkcə kursları #Türkiyə Qambiya təhsil əməkdaşlığı #Türk dilinin Qambiyada tədrisi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.