9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Avropa təhlükəsizlik sisteminin Türkiyəsiz yenidən formalaşması mümkün deyil- Fidan

27 Fevral 2025 16:31
Avropa təhlükəsizlik sisteminin Türkiyəsiz yenidən formalaşması mümkün deyil- Fidan

BAKI,AzerVoice

Avropa təhlükəsizlik sisteminin Türkiyəsiz yenidən formalaşması mümkün deyil.

AzerVoice xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Albaniyanın Avropa və Xarici İşlər Naziri İqli Hasani ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Fidan, ABŞ-dakı yeni administrasiyanın Ukrayna müharibəsi ilə bağlı baxışlarının və siyasətinin əvvəlki hökumətdən tamamilə fərqli olduğunu vurğulayaraq, "Ukraynaya edilən xərclərin geri qaytarılması üçün razılaşma zəmininin yaradılmağa çalışıldığını anlayırıq" - deyə bildirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 28-də ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcəyini xatırladaraq, bu səfər zamanı müəyyən bir razılaşmanın həyata keçiriləcəyini düşündüyünü qeyd edib.

Fidanın sözlərinə görə, Ukraynalılar xüsusilə ABŞ-dan "atəşkəs və sülh müqaviləsi bağlanarsa, təhlükəsizlik zəmanəti adı altında müəyyən praktik, konkret, hərbi dəstək və zəmanət tələbləri" irəli sürürlər. O, bu tələblərin necə təmin ediləcəyinin və ABŞ-ın bunlardan hansına "bəli" deyəcəyinin hələlik məlum olmadığını bildirib.

Avropa Təhlükəsizlik Mexanizmi
Fidan, Avropa liderlərinin həm ABŞ ilə, həm də öz aralarında ciddi danışıqlar apardığını vurğulayaraq, Fransa Prezidenti Emmanuel Makronun da yaxın zamanda ABŞ-a səfər etdiyini xatırladıb.

O bildirib ki, 1-2 mart tarixlərində Avropa liderləri "Avropanın təhlükəsizliyi və Ukrayna" mövzusunda bir toplantıda bir araya gələ bilərlər.

"Bir tərəfdən Ukraynadakı müharibəni bitirməyə yönəlik addımlar atılır, digər tərəfdən isə Avropa ölkələrinin öz aralarında genişmiqyaslı məsləhətləşmə mexanizmi yaratmağa çalışdığını görürük. Avropa təhlükəsizlik sistemi gələcəkdə necə olacaq? NATO-suz Avropa təhlükəsizlik sistemi gündəmə gətirilərək müzakirə olunmağa başlanılıb. Əgər Avropa təhlükəsizlik sistemi yenidən qurulacaqsa, Türkiyənin bu sistemin xaricində qalması mümkün deyil. Türkiyəni və onun hərbi gücünü nəzərə almayan təhlükəsizlik modeli reallıqdan uzaq olacaq."- deyə Fidan əlavə edib.

Məqalədə: #Türkiyə #ABŞ #Hakan Fidan #Ukrayna #Rusiya-Ukrayna münaqişəsi #Türkiyənin diplomatik dəstəyi #Avropa təhlükəsizlik sistemi #Zelenskinin Vaşinqton səfəri #Atəşkəs və sülh müqaviləsi #Avropa liderlərinin toplantısı

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.