5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan və Şimşək ABŞ-a səfər edəcək

18 Mart 2025 17:30
Ərdoğan və Şimşək ABŞ-a səfər edəcək

BAKI, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin sonunda ABŞ-a rəsmi səfəri gözlənilir.

AzerVoice xəbər verir ki, Səfər çərçivəsində Ərdoğanın Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcəyi və iki ölkə arasında kritik məsələlərin müzakirə ediləcəyi bildirilib.

Görüşdə əsas diqqət CAATSA sanksiyalarının qaldırılması, Türkiyənin yenidən F-35 proqramına daxil edilməsi, F-16 döyüş təyyarələrinin satışının tamamlanması və Suriyada sabitliyin bərpası üçün əməkdaşlıq məsələlərinə yönələcək.

Həmçinin, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarından Türkiyəyə verilən istisnanın uzadılması da müzakirə predmeti olacaq.

Səfər eyni zamanda Vaşinqtonda keçiriləcək BVF-Dünya Bankı Bahar toplantıları ilə üst-üstə düşür. Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək həmin iclaslara qatılacaq və ABŞ Maliyyə Naziri Scott Bessent ilə görüşü planlaşdırılır. Şimşək enerji sahəsində sanksiya istisnasının uzadılması üçün Türkiyənin mövqeyini çatdıracaq.

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarının müddəti martın 20-də başa çatır. Türkiyə və Macarıstan kimi ölkələr üçün verilən xüsusi istisnanın uzadılması Ankara üçün strateji əhəmiyyət daşıyır. Bu istisnanın davam etməsi halında Türkiyə təbii qaz tədarükünü Qazprombank vasitəsilə davam etdirə biləcək. Amerika enerji şirkətləri də bu qərarın lehinə çıxış edirlər.

Qeyd edək ki, ABŞ-ın CAATSA sanksiyaları Türkiyənin Rusiyadan S-400 sistemləri alması səbəbindən tətbiq edilib. Ankara bu sanksiyaların ləğvini və NATO daxilində hərbi əməkdaşlığın normallaşdırılmasını istəyir. Bununla yanaşı, Suriyada yeni administrasiyanın qurulması və normallaşma prosesində ABŞ-la birgə fəaliyyət göstərməyi hədəfləyir.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #ABŞ #Mehmet Şimşek #Ağ Ev #Türkiyə-ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.