8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə NATO-nun ən böyük təlimlərindən birinə damğasını vurub

29 Mart 2025 18:00
Türkiyə NATO-nun ən böyük təlimlərindən birinə damğasını vurub

BAKI, AzerVoice

Türkiyə NATO-nun ən böyük manevrlərindən biri olan Dynamic Mariner/Flotex 25 təlimlərində iştirak edərək həm şəxsi heyət, həm də hərbi texnika baxımından seçilib.

AzerVoice xəbər verir ki, 24 mart - 4 aprel tarixlərində İspaniyanın Cadiz körfəzində keçirilən təlimlərə Türkiyə 1300 hərbi personal və 4 gəmi ilə qatılıb.

TCG Sancaktar gəmisi təlimin flaqmanı olaraq seçilib, TCG Kemalreis freqatı isə Daimi NATO Dəniz Qrupu-2-yə türk admiralının rəhbərliyi ilə komandanlıq edib.

Bundan əlavə, Türkiyə ilk dəfə NATO Amfibiya Missiya Komandanlığını üzərinə götürərək, bu vəzifəni bir il müddətində icra edəcək. Türkiyə bu səviyyədə qərargah və platforma tələblərini yerinə yetirən NATO-dakı yeddinci ölkə olub. Kontr-admiral Nihat Baran bunu Türkiyənin alyansa verdiyi dəstəyin və müttəfiqliyə sadiqliyinin konkret göstəricisi kimi qiymətləndirib.

Təlim çərçivəsində pilotsuz nəqliyyat vasitələrinin dəniz əməliyyatlarına inteqrasiyası sınaqdan keçirilib və Türkiyə yerli istehsal olan zirehli texnika, artilleriya və silah sistemlərini təqdim edib. Bundan əlavə, Türkiyə NATO-nun Dəniz Qiymətləndirməsi (MAREVAL) və Döyüş Hazırlığının Qiymətləndirilməsi (CREVAL) standartlarına uyğun sertifikat alacaq.

Qeyd edək ki, Türkiyə GlobalFirepower.com-un 2025-ci il hesabatına əsasən, 145 ölkə arasında dünyanın 9-cu ən güclü ordusuna sahibdir. Türkiyə Hərbi Dəniz Donanması 147 gəmidən ibarət olmaqla, freqatlar, sualtı qayıqlar və amfibiya hücum qüvvələri ilə müasir dəniz qüvvələrinin əsas rollarını yerinə yetirmək qabiliyyətinə malikdir.

Məqalədə: #Türkiyə #İspaniya #Amfibiya təyyarəsi #NATO Daimi Dəniz Qrupu-2 #Türkiyə Hərbi Dəniz Donanması #NATO-nun Dəniz Qiymətləndirməsi (MAREVAL #Döyüş Hazırlığının Qiymətləndirilməsi (CREVAL)

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
21:07
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.