9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Meşə yanğınları ilə mübarizədə "süni intellekt" dövrü

17 İyun 2024 12:49
Meşə yanğınları ilə mübarizədə "süni intellekt" dövrü

Bakı. VOA:

Süni intellektin dəstəyi ilə yaradılan dinamik yanğın risk xəritələri sayəsində meşə yanğınları proqnozlaşdırılır və öncədən lazımi tədbirlər görülür.

VOA xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə tabe olan Meşə Təsərrüfatı Baş İdarəsindən (OGM) alınan məlumata görə, hər il meşə sahələrinin məhvinə səbəb olan yanğınlarla mübarizədə effektiv və səmərəli bir risk idarə etmə strategiyası böyük əhəmiyyət kəsb edir.

Meşə yanğınlarının proqnozlaşdırıla bilməsini və yanğın zonalarında lazımi tədbirlərin görülməsini təmin etmək məqsədi daşıyan dinamik “Yanğın Riskinin İdarə Edilməsi Layihəsi” OGM və özəl sektorla əməkdaşlıq çərçivəsində həyata keçirilib.

OGM-nin 2022-ci ilin avqustunda istifadə etməyə başladığı layihə çərçivəsində birinci mərhələ meşə yanğınlarının anatomiyasını anlamaq və dataların təmin olunması idi.

Meşə yanğınlarına təsir edən əsas amilləri müəyyən etmək üçün elmi ədəbiyyatın araşdırılması, beynəlxalq təcrübə, alimlər və aidiyyəti qurumlarla görüşlər həyata keçirlib.

Yanğın riskinin proqnozlaşdırılması üçün elmi araşdırmalarda qeyd edilən süni intellekt modelləri nəzərə alındı və model tədqiqatlarına başlandı. Keçmiş yanğın məlumatları, yanğına təsir edən dinamik və statik faktorlar nəzərə alınaraq müxtəlif süni intellekt modelləri sınaqdan keçirildi.

Layihə ilə meteoroloji məlumatlar, bitki örtüyü, topoqrafiya, əhalinin sıxlığı, magistral yollar, elektrik ötürücü xətləri və keçmiş yanğın dataları kimi 14 fərqli məlumat dəstindən 400-dən çox dəyişəndən istifadə edilməklə “yanğın riski xəritələri” yaradılmışdır.

Keçmiş yanğınlar araşdırılarkən, yer, tarix, ərazinin ölçüsü, müddət və istifadə olunan mənbələr kimi məlumatlar nəzərə alınmışdı. Meteoroloji məlumatlarda temperatur, rütubət, küləyin istiqaməti və sürəti kimi amillər araşdırılarkən, bölgənin bitki örtüyündə ağacların növü, yaşı və yaxınlığı da müəyyən edilmişdir.

Layihə çərçivəsində üç günlük yanğın riski proqnozu hazırlanır və müvafiq bölgələrdə lazımi tədbirlərin görülməsi üçün məlumatlar verilir. Nəticədə yanğın baş verməmişdən əvvəl təyin olunmuş ərazilərdə tədbir görmək mümkün olur, bu layihə ilə keçmiş yanğınlar isə 80 faiz dəqiqliklə proqnozlaşdırılır.

Dəyişən meteoroloji məlumatlara uyğun olaraq yanğın riskinin xəritələşdirilməsi modelinin gündə iki dəfə yenilənməsi ilə daha dəqiq və etibarlı proqnozlar verilir.

Meşə yanğınları ilə mübarizədə "süni intellekt" dövrü
Məqalədə: #Türkiyə #meşə yanğınları #suni intellekt

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
19:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.