Bakı,AzerVoice
Türkiyənin Antalya şəhərinin Serik ilçəsində meşə yanğını baş verib.
AzerVoice xəbər verir ki, yanğın dünən gecə baş verib.
Dünən qismən nəzarətə alınan yanğının gecə boyu qrupların müdaxiləsi ilə çox da irəliləmədiyi qeyd edilib.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Qeyd edək ki, Türkiyədə ötən illə müqayisədə yanğınların sayı beş dəfə artıb. Meşə Təsərrüfatı Baş İdarəsinin rəqəmlərinə görə, 2023-cü ilin 1-21 iyun tarixləri arasında 84 meşə yanğını, 2024-cü ilin eyni dövründə isə 399 meşə yanğını baş verib.