6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrail İordan çayının qərb sahilində sistemli vəhşilik aparır-Hakan Fidan

31 Avqust 2024 11:03
İsrail İordan çayının qərb sahilində sistemli vəhşilik aparır-Hakan Fidan

Bakı, AzerVoice

Təəssüf ki, İsrail Qəzzada törətdiyi sistematik vəhşiliyi İordan çayının qərb sahilində də davam etdirir.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Hakan Fidan Sloveniyanın paytaxtı Lyublyanada Sloveniyanın xarici işlər naziri Tanya Fajon ilə birgə mətbuat konfransında çıxışı zamanı danışıb.

2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada soyqırım yaşandığını bildirən Fidan, İsrailin Qəzzə xalqını sistemli olaraq ac-susuz qoyduğunu bildirib.

Fidan qeyd edib ki, İsrail xəstəxanaları, məscidləri, məktəbləri və kilsələri bombalayaraq bütün insani dəyərləri tapdalayıb.

Qüds və Məscidül-Əqsanın tarixi status-kvosunu dəyişdirməyə yönəlmiş bu təxribatlar qarşısında səssiz qalmağın mümkün olmadığını vurğulayan Fidan, “Təəssüf ki, İsrail Qəzzada törətdiyi sistematik vəhşiliyi İordan çayının qərb sahilində də davam etdirir”,-deyə qeyd edib.

İsrailin müharibəni müxtəlif cəbhələrə yaymağa çalışdığını deyən Fidan bölgədəki gərginliyin ən yüksək səviyyədə olduğunu bildirib.

Nazir Fidan, "Netanyahu hökuməti odla oynamağa davam edir. Öz kürsüsünü qorumaq naminə bütün bölgənin gələcəyini təhlükə altına qoyur. İsraili qeyd-şərtsiz dəstəkləyənlər başda olmaqla Qəzzaya səssiz qalan hər kəs günahkardır. İsrailin vəhşiliyinə, barbarlığına artıq son qoyulmalıdır”.

Qeyd edək ki, Sloveniyanın xarici işlər naziri Tanya Fajon ilə ikitərəfli münasibətlərlə yanaşı regional məsələləri də müzakirə etdiklərini deyən Fidan Türkiyə-Sloveniya əməkdaşlığının Balkanlarda sülh və sabitliyin qorunub saxlanmasına mühüm töhfə verdiyini bildirib, həmçinin Sloveniyaya BMT Təhlükəsizlik Şurasına sədrlik müddətində uğurlar arzulayıb.

Bu ilin iyun ayında Sloveniyanın Fələstini müstəqil dövlət olaraq tanıması qərarı ilə prinsipial mövqeyini nümayiş etdirdiyini bildirən Fidan, "Fələstində ədalətli və qalıcı həllin həyata keçirilməsi üçün beynəlxalq hüququ qoruyan ölkələrlə birgə səylərimizi artıra biləcəyimizə inanıram" dedi.

Qəzzada davam edən qırğınların dayandırılması üçün beynəlxalq təzyiqlərin artırılmasının prioritet üsul hesab edildiyini ifadə edən Fidan, bu vaxta qədər İsrailin öz əməllərinə görə heç kimə hesab vermədiyi üçün bu müharibənin sadəcə Qəzza ilə məhdudlaşmayacağına diqqət çəkib.

Fidan, “O, təkcə Qəzzada soyqırım törətməklə deyil, həm də bu müharibəni İordan çayının qərb sahilinə, oradan Livana, daha sonra isə adlarını bilmədiyimiz və ya təxmin edə bilmədiyimiz düşmən elan etdiyi digər ölkələrə daşımaq rahatlığı içindədir",-deyə əlavə edib.

İsrailin siyasi, iqtisadi və hərbi baxımdan heç bir hesab vermədiyini bildirən Fidan, "Çünki bunu etdirəcək beynəlxalq mexanizmlər hərəkətə keçmir" dedi.

Fidan, Türkiyə kimi bir neçə ölkənin öz iqtisadi, ticari və siyasi mövqeyini ortaya qoyduğunu, lakin daha böyük təzyiq mexanizminin yaradılması lazım olduğunu vurğulayaraq, “Ukrayna torpaqlarının işğal edilməsinə qarşı olduğumuz kimi, Fələstin dövlətinin də torpaqlarının İsrail tərəfindən işğal edilməsinə qarşıyıq”,-deyə qeyd edib.

Nazir Fidan beynəlxalq ictimaiyyətə diplomatik təzyiq mexanizmlərindən tam şəkildə istifadə edilməsi üçün çağırış edildiyini bildirib.

İsrail İordan çayının qərb sahilində sistemli vəhşilik aparır-Hakan Fidan
Məqalədə: #Türkiyə #İsrail #Fələstin #Hakan Fidan #Sloveniya

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.