Bakı,AzerVoice
Türkiyədə 2010-cu ildən bu yana ümumilikdə 5696 qadın həyatını itirib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyədə 2010-cu ildə Münəvvər Karabulutun öldürülməsindən sonra vətəndaş təşəbbüsü olaraq qurulan və qadınların mübarizəsində həlledici rol oynayan "Qadın Cinayətlərini Durduracağıq" platformasından məlumat verilib.
“Qadınların şübhəli ölümləri” ilə bağlı hesabatlar hazırlayan platformanın məlumatına görə, 2017-2023-cü illər arasında Türkiyədə “şübhəli qadın ölümləri” 82 faiz artıb.
Platformanın məlumatlarına görə, son yeddi ildə ümumilikdə 5696 qadın həyatını itirib, o cümlədən 2010-cu ildən bu yana 1441 şübhəli qadın qətli qeydə alınıb.
2024-cü ilin əvvəlindən oktyabr ayına qədər 296 qadın qətli törədildiyi halda, bu 10 ay ərzində ümumilikdə 184 qadın şübhəli şəkildə ölü tapılıb.
Son 14 ildə ən çox qadın qətliamları 2017-ci ildə baş verib. Həmin il 408 qadın qətlə yetirilib.
Qadın cinayətlərinin ən az olduğu il 2011-ci il kimi qeydə alınıb. Bu il ərzində 121 qadın qətli törədilib.