9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə maliyyə naziri investorlarla Nyu-Yorkda görüşüb

21 Aprel 2025 10:59
Türkiyə maliyyə naziri investorlarla Nyu-Yorkda görüşüb

BAKI, AzerVoice

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək ABŞ-da beynəlxalq maliyyə dairələri ilə intensiv təmaslara başlayır

AzerVoice xəbər verir ki, Şimşek G20, BVF və Dünya Bankının Bahar Toplantılarında iştirak etmək məqsədilə ABŞ-a səfər edib.

Səfər çərçivəsində Şimşək investorlarla görüşlər keçirəcək, beynəlxalq maliyyə qurumlarının rəhbərləri və siyasətçilərlə bir sıra mühüm müzakirələr aparacaq.

Səfərin ilk mərhələsi bu gün Nyu-Yorkda start götürüb. Şimşək burada Türkiyə-ABŞ İş Şurası (TAİK) və Citi Group-un təşkil etdiyi investor toplantısında portfel investoru və real sektor təmsilçiləri ilə bir araya gələcək. O, həmçinin dünyanın aparıcı üç kredit reytinq agentliyinin rəhbərləri ilə fərdi görüşlər keçirəcək. Bu təmaslarda Mərkəzi Bankın sədri Fatih Karahanın da iştirak edəcəyi gözlənilir.

Nazirin səfərinin ikinci mərhələsi isə aprelin 22-də Vaşinqtonda davam edəcək. Şimşək burada ABŞ Ticarət Palatasının təşkil etdiyi zirvədə iştirak edəcək və Dünya Bankının keçmiş rəhbəri David Malpass ilə “Maliyyə Sisteminin Gələcəyi” mövzusunda panel müzakirəsinə qatılacaq.

Bundan başqa, o, Atlantic Council beyin mərkəzində alimlər, siyasətçilər və investorlarla fikir mübadiləsi aparacaq və ABŞ-ın maliyyə naziri Scott Bessent ilə ikitərəfli görüş keçirəcək.

Qeyd edək ki, Şimşək Vaşinqtonda G20 nazirlərinin toplantısında iştirak edəcək və Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə görüşəcək. Bu təmaslar Türkiyənin qlobal maliyyə sistemindəki mövqeyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Məqalədə: #Türkiyə #Nyu-York #Mehmet Şimşek #Türkiyə Maliyyə və Xəzinə Nazirliyi #G20 #investisiya #investor görüşləri #Türkiyə beynəlxalq maliyyə siyasəti #Türkiyə Dünya Bankı və BVF əlaqələri #Citi Group investor toplantısı #Türkiyə və ABŞ iqtisadi münasibətləri

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.