8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin ilk yerli sualtı qayığı Bodrumda sərgilənir

2 May 2025 16:12
Türkiyənin ilk yerli sualtı qayığı Bodrumda sərgilənir

BAKI, AzerVoice

Türkiyənin ilk yerli kiçik sualtı qayığı Curiosus-2 Bodrumda nümayiş etdirilir.

AzerVoice xəbər verir ki, türk mühəndisliyinin önəmli nailiyyətlərindən biri olan Curiosus-2 sualtı qayığı Bodrum Dəniz Muzeyində sərgilənməyə başlanılıb.

1995-ci ildə mühəndis və ixtiraçı Erkan Ayral tərəfindən yerli texnologiya ilə inşa edilən bu qayıq Türkiyənin ilk yerli mülki kiçik sualtı vasitəsi kimi tarixə düşüb.

Curiosus-2 sualtı qayığı 400 metr dərinliyə qədər enə bilir və illər ərzində sualtı tədqiqatlar və axtarış-xilasetmə əməliyyatlarında istifadə olunub. Uzunluğu 4 metr 20 santimetr, çəkisi isə 3055 kiloqram olan bu texnoloji vasitə zəlzələ fay xətlərindən enerji boru kəmərlərinə qədər müxtəlif strateji sahələrdə xidmət göstərib. Xüsusi aparatı sayəsində sualtı xilasetmə əməliyyatlarında da uğurla tətbiq olunub.

Curiosus-2-nin muzeyə bağışlanması mühəndis Erkan Ayralın oğlu Alp Ayral tərəfindən həyata keçirilib. O, bu texnoloji mirası gələcək nəsillərə çatdırmaq istədiklərini bildirib.

Curiosus-2 Bodrum Dəniz Muzeyi ilə imzalanan protokol çərçivəsində şəhərin Təpəcik Meydanında sərgilənir. Muzeydə sualtı qayıqla yanaşı, gənc nəslin marağını cəlb edən sualtı robotlar da nümayiş etdirilir.

Bodrum Dəniz Muzeyinin direktoru Selen Cambazoğlu da bu təşəbbüsü yüksək qiymətləndirərək,

“Curiosus-2 təkcə Bodrum üçün deyil, Türkiyənin dənizçilik tarixində də önəmli dönüş nöqtəsidir. Bu layihə sübut edir ki, biz texnologiya və dənizçilik sahəsində öz gücümüzə güvənə bilərik” - deyə bildirib.

Məqalədə: #Türkiyə #Curiosus-2 sualtı qayığı #Türkiyənin ilk yerli sualtı vasitəsi #Bodrum Dəniz Muzeyi sərgisi #sualtı texnologiyalar #Selen Cambazoğlu

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.