7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin dörd şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib

9 May 2025 13:21
Türkiyənin dörd şəhərində FETÖ-yə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyənin Eskişehir, Bursa, Balıkesir və Şırnakda həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində FETÖ-nün yenidən təşkilatlanması və terrorizmin maliyyələşdirilməsi ilə əlaqədar 23 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, Eskişehir Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq çərçivəsində Şəhər Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən “Referansa Əsaslanan Böyümə” (RTB) modeli ilə fəaliyyət göstərən dönər restoranları şəbəkəsinin FETÖ ilə bağlılığı sübut olunub.

İstintaq materiallarına görə, FETÖ-yə yaxın şəxslərə qeyri-rəsmi ortaqlıq hüquqları verilərək bu şəxslər vasitəsilə pul toplanıb və xaricə əmanət üsulu ilə maliyyə axını təşkil edilib. Pul köçürmələri isə məhsul alışı adı altında sənədləşdirilərək iz itirilib.

Araşdırmalar zamanı məlum olub ki, FETÖ üzvləri restoranların filiallarında gizli təşkilati görüşlər keçirib, və təşkilat daxilində sadiqliyi artırmaq məqsədilə “gəlirin paylaşılması” təlimatı verilib. Ortaqlıqdan imtina edən şəxslərə isə bu prosesin "mənəvi əhəmiyyət" daşıdığı izah olunub.

Maliyyə Cinayətlərini Araşdırma İdarəsinin (MASAK) hesabatına əsasən, bu strukturlar ölkə daxilində və xaricində heç bir istintaqa məruz qalmayan şəxslər üzərindən maliyyələşdirilib. Eyni zamanda, xaricdə yeni franşizalar yaradılaraq transsərhəd pul axını təmin edilib.

Saxlanılan 23 nəfərdən 9-u ilkin ifadədən sonra sərbəst buraxılıb, 14 nəfər barəsində isə istintaq Eskişehir Baş Prokurorluğunda davam etdirilir. Təhlükəsizlik orqanları bu əməliyyatı FETÖ-nün gizli maliyyə və təşkilatlanma mexanizminin ifşası baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

Məqalədə: #Türkiyə #Bursa #FETÖ #Balıkesir #Türkiyədə FETÖ ilə mübarizə #Qaçaqmalçılığın qarşısının alınması üçün tədbirlər #FETÖ xarici maliyyə dəstəyi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.