7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin milli təyyarəsi HÜRJET NATO bazarında

14 May 2025 16:40
Türkiyənin milli təyyarəsi HÜRJET NATO bazarında

BAKI, AzerVoice

Türkiyənin milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in beynəlxalq bazarlara çıxışı istiqamətində əhəmiyyətli razılaşma əldə olunub.

AzerVoice xəbər verir ki, İspaniyada keçirilən 4-cü Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi (FEINDEF) çərçivəsində TUSAŞ (TAI), Airbus və İspaniya Müdafiə Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

Razılaşma HÜRJET-in İspaniyaya satışı və bu ölkədə birgə istehsal infrastrukturunun qurulmasını nəzərdə tutur.

TUSAŞ baş direktoru Mehmet Dəmiroğlu bu razılaşmanı “layihə üçün həlledici mərhələ” adlandıraraq bildirib ki, sənaye sahəsində əməkdaşlıq çərçivəsində hansı şirkətlərin hansı hissələri istehsal edəcəyi artıq müəyyənləşdirilib

"Türkiyədə yerləşdirmə işlərini artıq həyata keçirmişik. İndi bu təcrübəni İspaniyada tətbiq edəcəyik. Bu addım digər NATO və beynəlxalq bazarlara çıxışımız üçün yeni imkanlar yaradacaq." - deyə o bildirib.

Qeyd edək ki, bu, Türkiyədə istehsal edilən bir reaktiv təlim təyyarəsinin ilk dəfə NATO ölkəsinə satılması və həmin ölkədə istehsal potensialının yaradılması baxımından da bir ilkdir.

Dəmiroğlu HÜRJET-in yalnız NATO üçün deyil, digər ölkələr üçün də təlim və yüngül hücum məqsədilə istifadəyə yararlı bir platforma olduğunu vurğulayıb.

“Bu platforma güvəndiyimiz və gələcəkdə daha geniş yayılmasını istədiyimiz mühüm bir layihədir. Həm Türkiyə, həm də NATO üçün uyğun olan konfiqurasiyaları ilə diqqət çəkir.” - deyə o bildirib.

Dəmiroğlu həmçinin bildirib ki, belə razılaşmalar təkcə bir məhsulun deyil, bütövlükdə Türk müdafiə sənayesi ekosisteminin ixracına imkan yaradır.

“Bir platforma satdığınız zaman əslində onunla bağlı yüzlərlə şirkətin istehsal etdiyi məhsulu da bazara çıxarırsınız. Bu isə gələcəkdə KAAN, helikopter, İHA, suüstü və qurudakı sistemlərin ixracına da yol aça bilər.” - deyə o qeyd edib.

FEINDEF sərgisinin Türkiyənin ilk milli iştirakla qatıldığı beynəlxalq tədbir olduğunu qeyd edən Dəmiroğlu əlavə edib ki, sərgi çərçivəsində yeni tərəfdaşlarla əlaqələr qurulub və bu təmaslardan müsbət nəticələr gözlənilir.

Qeyd edək ki, HÜRJET TUSAŞ tərəfindən hazırlanan, yüksək manevr qabiliyyətinə və çoxsaylı missiya imkanlarına malik, tam yerli imkanlarla istehsal edilən bir platformadır.

Məqalədə: #Türkiyə #TUSAŞ #İspaniya #NATO #Hürjet #Türkiyə Müdafiə Sənayesi İdarəsi #müdafiə sənayesi məhsulları #memorandum #Türkiyənin ilk milli reaktiv təlim təyyarəsi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib

6 Sentyabr 10:00
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.