4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Diyarbəkir yeni neft dövrünün mərkəzidir - Bayraktar

21 May 2025 11:18
Diyarbəkir yeni neft dövrünün mərkəzidir - Bayraktar

BAKI, AzerVoice

Diyarbəkirdə 6,1 milyard barel neft ehtiyatı olduğu təxmin olunur – bu, Türkiyə üçün tarixi fürsət sayıla bilər.

AzerVoice xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ-ın Continental Resources və TransAtlantic Petroleum şirkətləri ilə Diyarbəkir hövzəsində neft və təbii qaz ehtiyatlarının araşdırılması və hasilatı üzrə ortaq layihəyə başlandığını açıqlayıb.

Nazir bildirib ki, amerikalı tərəfdaşların ilkin hesablamalarına görə, bölgədə 6,1 milyard barel neft ehtiyatı ola bilər. "Biz buna hələ ki dəqiq kəşf deyə bilmərik, amma bu, böyük bir şeydir", – deyə Bayraktar vurğulayıb.

Bayraktar əlavə edib ki, daha öncə müəyyən edilən 41 milyon barellik ehtiyatın təxminən 60 faizi elə Diyarbəkirdə yerləşir. Bu ortaq əməkdaşlığın Türkiyənin enerji sektorunda yeni bir mərhələ başlatdığını deyən nazir, Diyarbəkirin bu baxımdan strateji əhəmiyyət daşıdığını bildirib.

Kabarda əldə olunan uğurların davamı olaraq, Suriyanın şimal bölgələrinə qaz nəqli layihəsi də irəliləyir. Bayraktar qeyd edib ki, minalanmış ərazilər artıq təmizlənib və yaxın həftələrdə qazın əvvəlcə Hələbə, daha sonra isə Hums bölgəsinə çatdırılması planlaşdırılır. Eyni zamanda, Kiprə elektrik və təbii qaz nəqli üçün də infrastruktur layihələri üzərində işlər aparılır.

Bundan əlavə, Türkiyə Kanadanın CANDU şirkəti ilə nüvə elektrik stansiyası layihələri üzrə danışıqlar aparır. Bayraktar vurğulayıb ki, ikinci və üçüncü atom stansiyaları üçün Rusiya, Çin və Cənubi Koreya ilə yanaşı, Kanada da potensial tərəfdaş kimi nəzərdən keçirilir. Qara dənizdəki enerji ehtiyatlarının işlənməsi istiqamətində də işlər davam edir və yeni mərhələyə keçmək üçün istehsal platforması yaxın günlərdə Filyosa daşınacaq.

Qeyd edək ki, Türkiyə hazırda ildə 365 milyon barel neft idxal edir. Əgər Diyarbəkirdə təxmin edilən ehtiyatlar təsdiqlənsə, bu, ölkəyə ən azı 15 illik neft təminatı verə bilər. Bu da Türkiyənin enerji asılılığını azaltmaq baxımından mühüm strateji dönüş nöqtəsi ola bilər.

Məqalədə: #Türkiyə #neft #ABŞ #Kanada #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Qabar #Qara dəniz #Diyarbakır #Türkiyə neft tranziti #Enerji ehtiyatları

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

20:43
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.