12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Terrorsuz Türkiyə uşaqlarımıza qoyacağımız ən böyük miras olacaq - Ərdoğan

22 May 2025 14:42
Terrorsuz Türkiyə uşaqlarımıza qoyacağımız ən böyük miras olacaq - Ərdoğan

BAKI, AzerVoice

Uşaqlarımıza qoyacağımız ən mühüm miras terrorsuz Türkiyə olacaq.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri dönüşündə təyyarədə jurnalistlərin suallarını cavablandırarkən ölkədə terrorla mübarizə və sülh prosesi ilə bağlı mühüm açıqlamalar verib.

Ərdoğan bildirib ki, Türkiyə illərdir terrorun yaratdığı acılarla üzləşib və bu məsələnin həllində ciddi irəliləyişlər əldə olunub. “Bu problemin yarandığı vaxt doğulan körpələr bu gün artıq 40 yaşını keçiblər. Uzun illər ərzində bir neçə nəsil bu acı ilə böyüdü. Amma biz ilk gündən bu məsələyə səmimi yanaşaraq, terrorsuz bir Türkiyə üçün çalışdıq” - deyə o bildirib.

O qeyd edib ki, bu günə qədər yaşanan ağrılar, itkilər və şəhid mərasimlərində hiss etdiyi dərin kədər, əldə edilən uğurları daha da dəyərli edir. “Uşaqlarımıza qoyacağımız ən mühüm miras terrorsuz Türkiyə olacaq. Bu yolda təhlükəsizlik qüvvələrimizin qəhrəmanlığı, şəhid ailələrinin dözümü və Diyarbakırlı anaların sarsılmaz iradəsi mühüm rol oynayıb. Tezliklə analar övladlarını qucaqlayacaq və biz də bu xoş xəbəri alacağıq”- deyə o qeyd edib.

Ərdoğan həmçinin qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatı və digər müvafiq qurumlarla birlikdə terrorun bitməsi üçün nəzarətli və ardıcıl şəkildə fəaliyyətlər davam etdirilir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan son olaraq 2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştə səfər edib. Bu səfər çərçivəsində o, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Macarıstan #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Terrorla mübarizə #Terror fəaliyyətləri #terrorsuz Türkiyə #Budapeşt

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.