8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Netanyahu insanlıq tarixinə utancla yazılacaq - Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun “Böyük Gənclik Mükafatı” mərasimində çıxış edərək, Fələstin məsələsi və Qəzzada baş verənlərlə bağlı sərt mövqe sərgiləyib.

20 İyun 2025 17:28
Netanyahu insanlıq tarixinə utancla yazılacaq - Rəcəb Tayyib Ərdoğan

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun “Böyük Gənclik Mükafatı” mərasimində çıxış edərək, Fələstin məsələsi və Qəzzada baş verənlərlə bağlı sərt mövqe sərgiləyib.

AzerVoice xəbər verir ki, Ərdoğan çıxışında İsrailin Qəzzada törətdiyi cinayətləri insanlıq adına qara ləkə adlandırıb və beynəlxalq ictimaiyyəti susqunluğuna görə tənqid edib.

“Soyqırımın iştirakçıları yalnız onu həyata keçirənlər deyil, həm də buna susanlardır” – deyə dövlət başçısı bildirib.

Ərdoğan vurğulayıb ki, İsrailin hazırkı rəhbərliyi, xüsusilə Baş nazir Benyamin Netanyahu və onun ətrafı gələcəkdə insanlıq tarixində utanc nümunəsi kimi qeyd olunacaq.

“Bütün dünya bilməlidir ki, biz zalımin qarşısında əyilmirik. Biz Fələstinli qardaşlarımızın haqqını müdafiə etməyə davam edəcəyik. Bu, siyasi məsələ deyil – bu, insanlıq və vicdan borcudur”- deyə o vuröulayıb.

Türkiyə lideri İslam ölkələri arasında həmrəylik və təşkilatlanmanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İslam dünyası həm maddi, həm də mənəvi baxımdan böyük gücə malikdir, lakin bu potensial birliyin və koordinasiyanın zəifliyi səbəbilə istifadə edilmir.

Ərdoğan çıxışında Qəzzaa baş verən insanlıq faciəsinin beynəlxalq ictimaiyyəti silkələməli olduğunu bildirib və İslam dünyasının gənclərini biganə qalmamağa çağırıb.

Tədbirdə bir çox İƏT ölkələrinin gənclər nümayəndələri, rəhbər şəxslər və beynəlxalq qonaqlar iştirak edib.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #İsrail və Fələstin münaqişəsi 2025

Mövzu üzrə digər xəbərlər

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
Fələstin

İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü

06:52
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.