9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Suriya istəsə, Türkiyə dəstək verməyə hazırdır - Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyə Milli Müdafiə Nazirliyi İsrailin Suriyaya hücumlarını kəskin şəkildə pisləyib və Suriyaya dəstək verməyə hazır olduğunu bəyan edib.

17 İyul 2025 17:24
Suriya istəsə, Türkiyə dəstək verməyə hazırdır - Türkiyə Milli Müdafiə Nazirliyi

BAKI, AzerVoice

Türkiyə Milli Müdafiə Nazirliyi İsrailin Suriyaya hücumlarını kəskin şəkildə pisləyib və Suriyaya dəstək verməyə hazır olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, nazirliyin sözçüsü, kontr-admiral Zeki Aktürk son bir həftəlik fəaliyyətlərə dair keçirdiyi mətbuat konfransında İsrailin Dəməşqə endirdiyi hava hücumlarını “bölgədə sülh və təhlükəsizlik mühitini hədəf alan açıq təxribat” adlandırıb.

O bildirib ki, əgər Suriya istəsə, Türkiyə onun müdafiə qabiliyyətini artırmaq və terrorla mübarizəsinə dəstək vermək üçün hər cür yardıma hazırdır.

“İsrailin Suriyanın cənubuna və Dəməşqə yönəlmiş hücumları bölgədəki sülh ümidlərini hədəfə alır. Bu təcavüzkar yanaşma dərhal dayandırılmalıdır” – deyə o Aktürkün sözlərinə görə, İsrailin hücumlarının yalnız Suriya deyil, bütün region üçün qeyri-sabitlik və xaos təhlükəsi yaratdığını bildirib.

Aktürk, həmçinin Qəzzadakı humanitar böhrana toxunaraq, bölgədə aclığın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin davam etdiyini vurğulayıb.
“Bu çərçivədə Qəzzaya humanitar yardımın fasiləsiz axını təmin edilməli və ədalətli, davamlı sülh prosesi başlatılmalıdır. Türkiyə olaraq, 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına dəstəyimizi bir daha ifadə edirik” – deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin Suriyada bir neçə hərbi və mülki hədəfi vurması beynəlxalq aləmdə də narahatlıq doğurub. Dəməşq bu hücumları ölkənin suverenliyinə qarşı birbaşa təcavüz kimi qiymətləndirir.

Məqalədə: #Türkiyə #İsrail #Türkiyənin Milli Müdafiə nazirliyi #Suriya #İsrail Türkiyə gərginliyi #İsrail-Suriya gərginliyi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.