10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Qəzzada son əsrin ən dəhşətli soyqırımı törədilir - Ərdoğan

Bu gün bir daha açıq şəkildə bəyan edirəm: Qəzzada son əsrin ən dəhşətli soyqırımı törədilir. Qəzzada təkcə uşaqlar, körpələr deyil, insanlığa dair nə varsa yox edilir. Qəzza sakinləri “ərzaq paylama mərkəzi” adlandırılan qətliam mərkəzlərində həlak olurlar.

1 Avqust 2025 20:51
Qəzzada son əsrin ən dəhşətli soyqırımı törədilir - Ərdoğan

BAKI, AzerVoice, Səməd Əyyubov

Qəzza zolağında son əsrin ən dəhşətli soyqırımi törədilir.

AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beşiktaş TÜPRAŞ stadionunda çıxış edərkən deyib.

"Bu gün bir daha açıq şəkildə bəyan edirəm: Qəzzada son əsrin ən dəhşətli soyqırımı törədilir. Qəzzada təkcə uşaqlar, körpələr deyil, insanlığa dair nə varsa yox edilir" - deyə, Ərdoğan bildirib.

O həmçinin bildirib ki, Qəzza zolağında yerləşən yardım paylanma məntəqələrində çoxsaylı fələstinli həlak olur.

"Fələstinli qardaşlarımız, sionist qətliam şəbəkəsinin 90 faizini viran etdiyi Qəzzada aclıq, susuzluq dərman çatışmamazlığı ilə mübarizə aparırlar. Qəzza sakinləri “ərzaq paylama mərkəzi” adlandırılan qətliam mərkəzlərində həlak olurlar" - deyə, Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, Qəzza zolağında baş verən hadisələrə ən güclü reaksiya verən ölkə Türkiyə olub.

"Qəzzadakı vəhşiliyə ilk gündən ən güclü reaksiyanı verən ölkə Türkiyə olmuşdur. Qəzzadakı məzlumların haqqını qorxmadan müdafiə edən hökumət Türkiyə hökumətidir. Terror dövləti İsrailin qarşısında dik dayanan iqtidar bizim iqtidarımızdır. Qəzzadakı qardaşlarımızı bir an belə tək qoymadıq. 101 min tondan çox humanitar yardımlarımızla onların yanında olduq. İsraillə ticarəti tamamilə dayandıraraq Fələstin xalqının yanında olduq. Diplomatik əlaqələrimizlə, beynəlxalq platformalarda göstərdiyimiz səylərlə Qəzzanın yanında olduq" - deyə, o vurğulayıb.

Ərdoğan, Türkiyənin Fələstin məsələsinə göstərdiyi dəstəyə yönələn tənqidlərə də münasibət bildirib.

"İndi isə bəzi şəxslər çıxıb, Türkiyənin Fələstin məsələsindəki prinsipial və ardıcıl mövqeyini sorğulamağa cəhd edirlər. Buradan hökumətimizi təhqiramiz ifadələrlə hədəf alanlara sadəcə bir sualım var: Fələstinlə bağlı həssaslığımızı sorğulamaq sizəmi qalıb? Axı daha dünən Qəzzada torpaqlarını müdafiə edən insanlara “terrorçu” deyən elə siz deyildiniz?" - deyə, Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, İsrail Qəzza zolağına BMT-nin humanitar yardımını dayandırıb və iki aydan çox müddətə yardım ləvazimatlarının ölkəyə girişini qadağan edib. Bu, bölgədə davam edən ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.

Beynəlxalq ictimaiyyətin tənqidindən sonra İsrail hökuməti ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) bölgəyə yardım paylayacağını açıqlayıb.

Lakin mayın 27-də GHF-nin yardım səyləri başladığından bəri İsrail yardım paylanma məntəqələrində toplaşan fələstinli mülki vətəndaşlara atəş açaraq qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada yardım paylanması zamanı həlak olan fələstinlilərin sayının 1 330-a, yaralıların sayının isə 8 818-ə yüksəldiyini açıqlayıb.

Məqalədə: #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Fələstin #Qəzza zolağı #humanitar yardım #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza Humanitar Fondu

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.