4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə-Misir hərbi əməkdaşlığı Ərəb mediasının gündəmindədir

Ərəb mediasının məlumatına görə, Misir təkcə KAAN döyüş təyyarəsinə deyil, eyni zamanda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA), TRLG-230 raketləri, mini ağıllı sursatlar və L-UMTAS tank əleyhinə raket sistemlərinə də ciddi maraq göstərir.

3 Avqust 2025 13:35
Türkiyə-Misir hərbi əməkdaşlığı Ərəb mediasının gündəmindədir

BAKI, AzerVoice, Səməd Əyyubov – Türkiyə ilə ortaq silah istehsalı Misir Silahlı Qüvvələri üçün böyük üstünlük yaradacaq.

AzerVoice xəbər verir ki, bu barədə Misir Hərbi Hava Qüvvələrinin sabiq Baş Qərargah rəisi general Həsən Rəşid “The New Arab”a verdiyi açıqlamada bildirib.

“Silah təchizatında yalnız bir və ya iki mənbəyə bağlı qala bilmərik. Bu səbəbdən hərbi əməkdaşlıq və ortaq istehsal razılaşmaları bizim üçün olduqca vacibdir” - deyə, Rəşid vurğulayıb.

Qeyd edək ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ötən ilin sentyabrında Ankaraya etdiyi səfər zamanı gündəmə gələn Türkiyə-Misir əməkdaşlığı məsələsi iki ölkə arasında hərbi və müdafiə sənayesi sahəsində münasibətlərin güclənməsi üçün əsas yaradıb. May ayında Misir Baş Qərargah rəisi, general-leytenant Əhməd Xəlifənin Türkiyəyə səfəri də bu əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı iradənin göstəricisi kimi qiymətləndirilir.

Ərəb mediasının məlumatına görə, Misir təkcə KAAN döyüş təyyarəsinə deyil, eyni zamanda Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA), TRLG-230 raketləri, mini ağıllı sursatlar və L-UMTAS tank əleyhinə raket sistemlərinə də ciddi maraq göstərir. Ekspertlər bildirirlər ki, Misir, Qərb ölkələrindən asılılığı azaltmaq və müdafiə sənayesini gücləndirmək məqsədilə Türkiyə ilə əməkdaşlığı strateji xətt kimi qəbul edir.

Məqalədə: #Türkiyə #Misir #Türkiyə Misir müdafiə əməkdaşlığı #ortaq silah istehsalı #Misir Silahlı Qüvvələri üçün üstünlük #Həsən Rəşid #silah təchizatında mənbə şaxələndirməsi #hərbi əməkdaşlıq razılaşmaları #L-UMTAS tank əleyhinə raketlər #Türkiyə-Misir strateji əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.