10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə XİN İsrailli nazirlərin Əl-Əqsa məscidinə basqınını qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi, israilli nazirlərin Əl-Əqsa məscidinə təşkil etdiyi basqını qınayıb. Bəyanatda, Əl-Əqsa məscidinin təhlükəsizliyinin və Qüdsün müqəddəs kimliyinin qorunmasının yalnız regional deyil, bəşəriyyətin ortaq vicdanı naminə prioritet məsuliyyət olduğu vurğulanıb.

3 Avqust 2025 20:53
Türkiyə XİN İsrailli nazirlərin Əl-Əqsa məscidinə basqınını qınayıb

BAKI, AzerVoice, Səməd Əyyubov – Türkiyə Xarici İşlər Nazirliyi, israilli nazirlərin Əl-Əqsa məscidinə təşkil etdiyi basqını qınayıb.

AzerVoice xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

“Bəzi israilli nazirlərin İsrail polisi müşayiəti və israilli qruplarla birlikdə bu gün Əl-Əqsa məscidinə təşkil etdikləri basqını sərt şəkildə qınayırıq” - deyə, bəyanatda qeyd olunub.

Bəyanatda, Əl-Əqsa məscidinin təhlükəsizliyinin və Qüdsün müqəddəs kimliyinin qorunmasının yalnız regional deyil, bəşəriyyətin ortaq vicdanı naminə prioritet məsuliyyət olduğu vurğulanıb.

“İşğalçı İsrailin bu sistematik təxribatları və son dövrlərdəki ilhaq çağırışları iki dövlətli həllin əsaslarını hədəf alır və sülh ümidlərinə ciddi zərbə vurur” - deyə, bəyanatda bildirilib.

İsrailin regionda sabitliyi pozan fəaliyyətləri qarşısında təcili atəşkəsin təmin olunması və iki dövlətli həll əsasında davamlı sülhün yaradılmasına dair çağırış edilib.

Qeyd edək ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu səhər yenidən Məsçidül-Əqsaya basqın edib. O, bir çox ərəb və İslam ölkəsinin sərt reaksiyasına baxmayaraq Əl-Əqsa həyətlərinə basqınlarını davam etdirir. Belə yüksək səviyyəli israilli rəsmilərin Əl-Əqsaya etdiyi basqınlar adətən İsrail Baş naziri Binyamin Netanyahunun ofisindən əvvəlcədən razılaşdırılır.

Ben-Qvir 2022-ci ilin sonunda İsrailin Milli Təhlükəsizlik naziri təyin edildiyi vaxtdan bəri Əl-Əqsaya dəfələrlə basqınlar təşkil edib.

1994-cü ildə İsraillə imzalanan Vadi Araba Sazişinə əsasən, İordaniya Qüdsdəki dini işlərə cavabdeh ölkə kimi tanınır. Sazişin 9-cu maddəsində İsrailin, İordaniya Haşimilər Krallığının Qüdsdəki mövcud statusuna hörmət etməli olduğu xüsusi qeyd olunur.

Bu razılaşmaya əsasən, Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs Məbədlər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin nəzarətindədir. Lakin 2003-cü ildən etibarən yəhudi qruplar bu idarənin icazəsi olmadan, İsrailin birtərəfli qərarı və polis müşayiəti ilə məscidə daxil olmağa başlayıblar. Mövcud status-kvoya əsasən, fanatik yəhudilərin Əl-Əqsa məscidində ibadət etməsinə icazə verilməməlidir, lakin onlar tez-tez polis qoruması altında oraya daxil olaraq bu qaydanı pozurlar.

Məqalədə: #Türkiyə #İsrail #Fələstin #Əl-Əqsa #İsrail ordusu #bəyanat #Əl-Əqsa məscidi #İtamar Ben Qvir #Məscidül-Əqsaya basqın #Türkiyə Xarici İşlər Nazriliyi

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.