7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bayraktar KIZILELMA TOLUN silah sistemi ilə uçuş testini uğurla tamamlayıb

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı Bayraktar KIZILELMA, ASELSAN istehsalı yüksək texnologiyalı TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla həyata keçirib. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də paylaşımında bu uğuru vurğulayaraq, “göy üzündə yeni bir imza atıldığını” bildirib.

26 Sentyabr 2025 17:28
Bayraktar KIZILELMA TOLUN silah sistemi ilə uçuş testini uğurla tamamlayıb

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı Bayraktar KIZILELMA, ASELSAN istehsalı yüksək texnologiyalı TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla həyata keçirib.

AzerVoice xəbər verir ki, testlə bağlı məlumat Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin rəsmi sosial media hesablarında paylaşılıb.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də paylaşımında bu uğuru vurğulayaraq, “göy üzündə yeni bir imza atıldığını” bildirib.

“Milli pilotsuz uçuş aparatımız Bayraktar KIZILELMA, ASELSAN-ın yüksək mühəndislik məhsulu olan TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla tamamladı. Bu, yalnız bir silah sisteminin inteqrasiyası deyil, həm də hava–quru əməliyyatlarında inteqrasiya qabiliyyətimizin gəldiyi mərhələnin strateji göstəricisidir”- deyə Görgün bildirib.

Baykar və ASELSAN komandaları, layihədə iştirak edən mühəndislər və texniki heyət təbrik olunub. Rəsmi açıqlamalarda bu uğurun milli müdafiə sənayesində “milli platforma və milli silahların birgə istifadəsi” baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Müdafiə sənayesi rəhbərliyi həmçinin, bu nailiyyətin “yalnız başlanğıc” olduğunu və Bayraktar KIZILELMA-nın milli silah sistemləri ilə inteqrasiyasının davam etdiriləcəyini bildirib.

Məqalədə: #ASELSAN #Selçuk Bayraktar #Türkiyə müdafiə sənayesi #Baykar #Haluk Görgün #TOLUN #KIZILELMA #pilotsuz uçuş aparatları #Bayraktar

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib
BƏƏ

BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

3 Sentyabr 19:30
Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib
Bəhreyn

Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

3 Sentyabr 18:53
İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp
Digər Dövlətlər

İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

2 Sentyabr 22:42

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.