9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə, Qətərdən “Eurofighter Typhoon” qırıcıları alacaq

Türkiyənin Hərbi Hava Qüvvələrinin modernləşdirilməsini sürətləndirmək məqsədilə Qətərdən ikinci əl “Eurofighter Typhoon” döyüş təyyarələri almaq üçün danışıqlar apardığı bildirilir.

8 Oktyabr 2025 11:42
Türkiyə, Qətərdən “Eurofighter Typhoon” qırıcıları alacaq

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyənin Hərbi Hava Qüvvələrinin modernləşdirilməsini sürətləndirmək məqsədilə Qətərdən ikinci əl “Eurofighter Typhoon” döyüş təyyarələri almaq üçün danışıqlar apardığı bildirilir.

AzerVoice xəbər verir ki, məlumata görə, tərəflər arasında aparılan müzakirələr yekun mərhələyə daxil olub və sazişin yaxın zamanda nəticələnəcəyi gözlənilir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu bu məqsədlə Dohada Qətər rəsmiləri ilə görüşlər keçiriblər.

Türkiyə hazırda sürətlə köhnələn F-16 donanmasını yeniləmək və 2030-cu illərin əvvəlində istifadəyə verilməsi planlaşdırılan yerli istehsal “KAAN” qırıcılarına qədər keçid dövrünü qarşılamaq niyyətindədir.

Bu məqsədlə Ankara iyul ayında Böyük Britaniya ilə 40 ədəd “Eurofighter Typhoon” alınması barədə ilkin razılaşma əldə etsə də, qiymət və təhvil şərtləri ilə bağlı qeyri-müəyyənliklər səbəbindən proses başa çatmayıb.

Bu çətinliyi aradan qaldırmaq üçün Türkiyənin Qətərin istifadəsində olan 24 ədəd “Tranche 3A” tipli “Eurofighter” təyyarələrini alması gündəmdədir. Regional mənbələrə görə, “Eurofighter” konsorsiumunu təşkil edən ölkələr (Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya və Fransa) bu satışa müsbət yanaşır.

Milli Müdafiə Nazirliyi 7 oktyabrda X platformasındakı paylaşımında nazir Yaşar Gülərin, Hərbi Hava Qüvvələri komandanı Kadıoğlu ilə birlikdə Dohada Qətərin baş nazir müavini və müdafiə naziri Şeyx Saud bin Abdurrahman bin Həsən bin Əli Al Sani ilə görüşdüyünü açıqlayıb.

Bəzi müdafiə sənayesi mütəxəssisləri isə ara mərhələ yatırımları əvəzinə mövcud F-16 donanmasının yerli texnologiyalarla modernləşdirilməsinin daha məqsədəuyğun olduğunu bildirirlər. “KAAN” layihəsinin ilk təhvilinin 2028-ci ilin sonuna planlaşdırıldığı açıqlansa da, ekspertlər bunun reallıqda 2030-cu ilə yaxın baş verəcəyini ehtimal edirlər.

Məqalədə: #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #Böyük Britaniya #Qətər #Yaşar Gülər #Eurofighter #Türkiyə Hərbi Hava Qüvvələri #Eurofighter Typhoon

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.