13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Donald Tramp Türkiyəyə və region ölkələrinə təşəkkür edib

HƏMAS hərəkatı yayımladığı bəyanatda Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Təşkilat bildirib ki, razılaşma müharibənin dayandırılması, işğalçı qüvvələrin çəkilməsi, humanitar yardımların girişinə icazə verilməsi və əsir mübadiləsini nəzərdə tutur.

9 Oktyabr 2025 11:18
Donald Tramp Türkiyəyə və region ölkələrinə təşəkkür edib

BAKI,AzerVoice, Fərid Mikayılov

ABŞ prezidenti Donald Tramp, Qəzzada əldə edilən tarixi atəşkəs razılaşmasında rol oynayan ölkələrə təşəkkür edib.

AzerVoice xəbər verir ki, Tramp açıqlamasında, “Bu tarixi və misilsiz hadisənin baş tutması üçün bizimlə birgə çalışan Qətər, Misir və Türkiyəyə təşəkkür edirəm” – deyə bildirib.

Tramp həmçinin bu razılaşmanın ərəb və müsəlman dünyası, İsrail, ABŞ və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

HƏMAS hərəkatı yayımladığı bəyanatda Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Təşkilat bildirib ki, razılaşma müharibənin dayandırılması, işğalçı qüvvələrin çəkilməsi, humanitar yardımların girişinə icazə verilməsi və əsir mübadiləsini nəzərdə tutur.

“HƏMAS, Qətər, Misir və Türkiyədəki vasitəçilərin səylərini böyük minnətdarlıqla qarşılayır. Eyni zamanda, müharibənin tam bitməsi və İsrailin Qəzzə zolağından tam geri çəkilməsi istiqamətindəki səylərinə görə ABŞ prezidenti Donald Trampa da təşəkkürümüzü bildiririk” – deyə bəyanatda qeyd olunub.

Açıqlamada, İsrailin razılaşma öhdəliklərini yerinə yetirməsinin təmin olunması və bu prosesdən yayınmasına icazə verilməməsi çağırışı da edilib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ensari, sosial media platformasında paylaşdığı açıqlamada HƏMAS və İsrail nümayəndə heyətləri arasında Misirdə aparılan danışıqlarda razılıq əldə edildiyini bildirib. Ensarinin sözlərinə görə, razılaşma müharibənin dayandırılmasını, əsirlərin azad edilməsini və humanitar yardımların bölgəyə daxil olmasını təmin edəcək.

İsrailin baş naziri Benyamin Netanyahu da razılaşma ilə bağlı ilk dəfə açıqlama verib. O, “Tanrının izni ilə bütün əsirlərimizi geri qaytaracağıq,” – deyə qeyd edib.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Qətər #Donald Tramp #HƏMAS #İsrail və Fələstin münaqişəsi 2025

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.