6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrail soyqırıma qayıdarsa, bunun bədəlini ağır şəkildə ödəyəcəyini yaxşı bilir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada İsrailə xəbərdarlıq edib. Ərdoğan bildirib ki, İsrailin atəşkəs pozuntuları ilə bağlı təcrübəsi mənfidir, buna görə də Türkiyə və tərəfdaş ölkələr daha ehtiyatlı və prinsipial şəkildə hərəkət edir.

14 Oktyabr 2025 13:42
İsrail soyqırıma qayıdarsa, bunun bədəlini ağır şəkildə ödəyəcəyini yaxşı bilir - Ərdoğan

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada İsrailə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Ərdoğan bildirib ki, İsrailin atəşkəs pozuntuları ilə bağlı təcrübəsi mənfidir, buna görə də Türkiyə və tərəfdaş ölkələr daha ehtiyatlı və prinsipial şəkildə hərəkət edir.

“Türkiyə, ABŞ və digər ölkələr atəşkəsin qorunması məsələsində qətiyyətlidir. İsrail yenidən soyqırıma qayıdarsa, bunun bədəlini çox ağır şəkildə ödəyəcəyini özü də yaxşı bilir” – deyə Ərdoğan vurğulayıb.

Ərdoğan, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Misirdə keçirilən beynəlxalq zirvənin, Yaxın Şərqdə sülh və sabitliyə aparan yeni bir dönüş nöqtəsi olduğunu bildirib.

O, HƏMAS ilə İsrail arasında əldə edilən razılaşmanın yalnız atəşkəs sənədi olduğunu, lakin bunun Fələstin məsələsinin tam həlli kimi qiymətləndirilməməli olduğunu diqqətə çatdırıb.

“Fələstin probleminin yeganə ədalətli həlli, 1967 sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan, müstəqil və suveren Fələstin dövlətinin qurulmasıdır. Türkiyə bu istiqamətdə səylərini davam etdirəcək” – deyə Ərdoğan qeyd edib.

O əlavə edib ki, İsrail tərəfinin verilən öhdəliklərə sadiq qalması üçün beynəlxalq təzyiq vacibdir və ABŞ başda olmaqla təsir sahibi ölkələr bu istiqamətdə aktiv fəaliyyət göstərməlidir.

Ərdoğan Qəzzada yaranmış vəziyyətin humanitar fəlakət səviyyəsinə çatdığını vurğulayıb.

“Qəzza xalqı məcburi şəkildə köçürüldüyü yerlərə qayıdır, amma orada nə ev var, nə xəstəxana, nə də məktəb. Demək olar ki, ayaqda qalan bina yoxdur”- deyə o bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi Qəzzaya ən çox humanitar yardım göndərən dövlətlərdən biridir.

“Son günlərdə 350-ə yaxın yardım maşını Qəzzaya daxil olub. Razılaşmaya görə, hər gün ən azı 600 yardım maşınının bölgədən keçməsi planlaşdırılır” – deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının yenidənqurma planlarının həyata keçirilməsi üçün maliyyə dəstəyinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Böyük Britaniya və Fransanın Fələstin dövlətini tanımaq qərarlarını iki dövlətli həll prosesinə gedən yolun mühüm addımı kimi qiymətləndirib.

“Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə apardığımız danışıqlarda bu istiqamətdə razılaşma əldə etdik. Fələstin məsələsi uzun illərdən sonra ilk dəfə olaraq beynəlxalq ictimaiyyətin vicdan gündəminin mərkəzinə çevrilib”- deyə Ərdoğan qeyd edib.

Ərdoğan həmçinin Misirdə baş verən qəza nəticəsində həlak olan Qətər nümayəndə heyəti üzvlərinə başsağlığı verib və zirvənin bölgədə sülh və sabitlik üçün yeni ümidlər yaratdığına inandığını vurğulayıb.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #ABŞ #Misir #HƏMAS #Şərqi Qüds #Qəzza hücumu #İsrail və Fələstin münaqişəsi 2025

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.