5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Baykarın pilotsuz döyüş təyyarəsi tarixi test uçuşunu tamamlayıb

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA göydə tarixi bir testi uğurla başa vurdu. Testdə Türk Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi iştirak etdi. KIZILELMA, milli AESA radar MURAD ilə hədəf F-16-ya kilidləndi və qanadında daşıdığı milli GÖKDOĞAN raketi ilə simulyasiya atışında tam dəqiqliklə hədəfi vurdu. Tekirdağ Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan KIZILELMA, 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə uçaraq həm F-16-larla qrup uçuşu etdi, həm də radar və silah inteqrasiyasını təsdiqlədi.

20 Noyabr 2025 11:30
Baykarın pilotsuz döyüş təyyarəsi tarixi test uçuşunu tamamlayıb

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA göydə tarixi bir testi uğurla başa vurdu. Testdə Türk Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi iştirak etdi. KIZILELMA, milli AESA radar MURAD ilə hədəf F-16-ya kilidləndi və qanadında daşıdığı milli GÖKDOĞAN raketi ilə simulyasiya atışında tam dəqiqliklə hədəfi vurdu.

AzerVoice xəbər verir ki,Tekirdağ Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan KIZILELMA, 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə uçaraq həm F-16-larla qrup uçuşu etdi, həm də radar və silah inteqrasiyasını təsdiqlədi.

Test zamanı radar, raket və təyyarə arasındakı məlumat bağlantısı uğurla yoxlanıldı. Bu, KIZILELMA-nın görüş ötəsi hədəfləri neytrallaşdırmaq qabiliyyətində mühüm addımdır.

Baykar, 2003-cü ildən bəri UAV layihələrini öz resursları ilə inkişaf etdirir və ixracdan gəlirlərinin böyük hissəsini əldə edir. 2023 və 2024-cü illərdə şirkət qlobal UAV bazarında lider mövqeyini qoruyub və 1,8 milyard dollarlıq ixrac reallaşdırıb. Baykar, Bayraktar TB2 və AKINCI TİHA-lar üçün indiyədək 37 ölkə ilə ixrac müqaviləsi imzalayıb.

Məqalədə: #Hərbi Hava Qüvvələri #AKINCI #Bayraktar AKINCI #KIZILELMA #pilotsuz uçuş aparatları #Türk Silahlı Qüvvələri #Baykar KIZILELMA nümayişi #Türk Hərbi Hava Qüvvələri #Bayraktar KIZILELMA

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib
BƏƏ

BƏƏ İranın Küveytə raket və pilotsuz uçuş aparatları ilə hücumunu kəskin pisləyib

3 Sentyabr 19:30
Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib
Bəhreyn

Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

3 Sentyabr 18:53
İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp
Digər Dövlətlər

İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

2 Sentyabr 22:42

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.