5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Devlet Bahçeli ilə DEM Partiyasının İmralı heyəti arasında görüş keçirilib

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə DEM Partiyasının İmralı üzrə nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) görüş keçirib. Görüş “terror­suz Türkiyə” prosesinin davamı çərçivəsində baş tutub. Məlumata görə, DEM Partiyasının İmralı heyətinə Pervin Buldan, Mithat Sancar və Faik Özgür Erol daxil olub. Görüşdən əvvəl nümayəndə heyəti DEVA Partiyasının sədri Ali Babacanla da bir araya gəlib.

12 Dekabr 2025 19:43
Devlet Bahçeli ilə DEM Partiyasının İmralı heyəti arasında görüş keçirilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə DEM Partiyasının İmralı üzrə nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) görüş keçirib.

AzerVoice xəbər verir ki, görüş “terror­suz Türkiyə” prosesinin davamı çərçivəsində baş tutub.

Məlumata görə, DEM Partiyasının İmralı heyətinə Pervin Buldan, Mithat Sancar və Faik Özgür Erol daxil olub. Görüşdən əvvəl nümayəndə heyəti DEVA Partiyasının sədri Ali Babacanla da bir araya gəlib.

Görüşdən sonra mətbuata açıqlama verən DEM Partiyasının üzvü Pervin Buldan görüşü “məhsuldar” adlandırıb. Onun sözlərinə görə, proses yeni mərhələyə daxil olub və bu mərhələdə hüquqi və qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac yaranıb.

Buldan bildirib ki, ikinci mərhələdə əsas gözlənti xüsusi barış qanununun qəbul edilməsidir. O, qanunvericiliklə bağlı mövqelərini Devlet Bahçeli-yə çatdırdıqlarını və MHP liderinin prosesə indiyədək mühüm töhfə verdiyini vurğulayıb.

MHP sədri Devlet Bahçeli isə Pervin Buldanın açıqlamalarına münasibət bildirərək “Mövzu aydın şəkildə izah olundu. Səsləndirilən hər bir cümləyə imzamı atıram.”- deyib.

Məlumata görə, DEM Partiyası nümayəndə heyəti siyasi partiyalarla keçirilən görüşlər başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da rəsmi görüş üçün vaxt istəyəcək.

Məqalədə: #Baxçalı–DEM görüşü: prosesin yeni mərhələsi müzakirə olunub #Ankarada siyasi dialoq: barış qanunu gündəmdədir #DEM heyəti TBMM-də MHP sədri ilə görüş keçirib #Бахчели встретился с делегацией DEM по Имралы #Переговоры MHP и DEM прошли в парламенте Турции #В Анкаре обсуждён новый этап политического процесса #Bahçeli meets DEM Party’s Imrali delegation in Ankara #New phase of political process discussed in Turkish parliament #MHP leader holds talks with DEM delegation

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.