8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan İstanbulda beş Balkan ölkəsinin xarici işlər nazirlərini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Balkan Sülh Platformasının ikinci toplantısı çərçivəsində beş Balkan ölkəsindən olan yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç, Kosovonun Baş nazirinin müavini və xarici işlər və diaspora naziri Donika Gervalla-Şvarts, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucinski, Albaniyanın Avropa və xarici işlər naziri Elisa Spiropali, eləcə də Serbiyanın xarici işlər nazirinin müavini Nevena Yovanoviç iştirak edib.

23 Yanvar 2026 21:30
Ərdoğan İstanbulda beş Balkan ölkəsinin xarici işlər nazirlərini qəbul edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Balkan Sülh Platformasının ikinci toplantısı çərçivəsində beş Balkan ölkəsindən olan yüksək səviyyəli nümayəndə heyətini qəbul edib.

AzerVoice xəbər verir ki, qəbul zamanı Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç, Kosovonun Baş nazirinin müavini və xarici işlər və diaspora naziri Donika Gervalla-Şvarts, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucinski, Albaniyanın Avropa və xarici işlər naziri Elisa Spiropali, eləcə də Serbiyanın xarici işlər nazirinin müavini Nevena Yovanoviç iştirak edib.

Görüşdə Türkiyə ilə sözügedən ölkələr arasında ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq əhəmiyyət daşıyan məsələlər müzakirə olunub. Prezident Ərdoğan Balkan Sülh Platformasının İstanbulda keçirilən ikinci toplantısından məmnunluğunu ifadə edərək, nümayəndə heyətlərinə töhfələrinə görə təşəkkür edib.

Prezident bildirib ki, sərhəd təhlükəsizliyi, enerji, texnologiya və nəqliyyat kimi strateji sahələr üzrə məsləhətləşmələr regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, istişarələrin “regional sahiblənmə” yanaşması əsasında aparılması prosesin uğurunu təmin edən əsas amillərdəndir.

Dünyada və regionda mövcud olan çağırışlara toxunan Ərdoğan Balkan Sülh Platforması üzvü ölkələr arasında həmrəyliyin və qarşılıqlı anlayışın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyənin Ukrayna, Qəzza və Suriya da daxil olmaqla müxtəlif münaqişə bölgələrində sülh yönümlü təşəbbüslərini davam etdirdiyini bildirən Prezident, Balkanlarda isə keçmişin dərslərindən çıxış edərək gələcəyə yönəlmiş yanaşmanın vacibliyini vurğulayıb.

Qəbulda Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran, xarici siyasət və təhlükəsizlik üzrə baş müşavir Akif Çağatay Kılıç və Prezidentin müşaviri Sabri Demir də müşayiət edib.

Məqalədə: #Ərdoğan beş Balkan ölkəsinin XİN rəhbərlərini qəbul etdi #İstanbulda Balkan Sülh Platforması çərçivəsində mühüm görüş #Türkiyə Balkan ölkələri ilə regional əməkdaşlığı müzakirə etdi #Ərdoğan: Balkanlarda həmrəylik daha da gücləndirilməlidir #Balkan ölkələrinin nazirləri İstanbulda bir araya gəldi #Türkiyə Balkan Sülh Platformasında fəal rol oynayır #Erdoğan beş Balkan ülkesinin dışişleri bakanlarını kabul etti #İstanbul’da Balkan Barış Platformu kapsamında kritik görüşme #Türkiye Balkan ülkeleriyle iş birliğini güçlendiriyor #Erdoğan’dan Balkanlar için dayanışma mesajı #Balkan Barış Platformu’nun ikinci toplantısı İstanbul’da #Erdoğan Balkan ülkeleri temsilcileriyle görüştü

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.