12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Misirə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərini başa çatdırdıqdan sonra Misirə yollanacaq. Bu, Ankara–Qahirə xətti üzrə liderlərin son dövrlərdə növbəti yüksək səviyyəli təması olacaq. Qeyd edək ki, Prezident Ərdoğanın bu il ərzində ilk xarici səfəri Səudiyyə Ərəbistanına olub. O, Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüş keçirib. Səudiyyə Ərəbistanındakı təmaslardan sonra Türkiyə Prezidenti Misirin paytaxtı Qahirəyə yola düşəcək.

4 Fevral 2026 11:03
Ərdoğan Misirə səfər edəcək
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərini başa çatdırdıqdan sonra Misirə yollanacaq.

AzerVoice xəbər verir ki, Ərdoğan Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

Bu, Ankara–Qahirə xətti üzrə liderlərin son dövrlərdə növbəti yüksək səviyyəli təması olacaq.

Qeyd edək ki, Prezident Ərdoğanın bu il ərzində ilk xarici səfəri Səudiyyə Ərəbistanına olub. O, Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüş keçirib. Səudiyyə Ərəbistanındakı təmaslardan sonra Türkiyə Prezidenti Misirin paytaxtı Qahirəyə yola düşəcək.

Ankara və Qahirə liderləri sonuncu dəfə oktyabr ayında keçirilən və mühüm razılaşmaların əldə olunduğu “Sülh naminə Şarm əl-Şeyx Zirvəsi” çərçivəsində görüşmüşdülər. Cari səfər bu təmasların davamı kimi qiymətləndirilir.

Ərdoğan bu həftə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, Misir səfəri çərçivəsində Qəzzada təhlükəsizlik və yenidənqurma məsələləri, regional sabitliyə təsir edən proseslər və İran ətrafında yaranmış gərginliyin artmasının qarşısının alınması yolları müzakirə olunacaq.

Görüşlərdə Qəzza zolağında mövcud humanitar vəziyyət, yardımın çatdırılması mexanizmləri və yenidənqurma prosesində mümkün birgə addımlar əsas gündəm mövzuları sırasında yer alacaq. Eyni zamanda Vaşinqton–Tehran xəttindəki gərginliyin azaldılması istiqamətində mümkün diplomatik təşəbbüslər də nəzərdən keçiriləcək.

Danışıqlarda Suriyadakı son vəziyyət, regional təhlükəsizlik çağırışları və Yaxın Şərqdə siyasi sabitlik məsələlərinin də ətraflı müzakirə ediləcəyi gözlənilir.

Prezident Ərdoğanın Misirə səfəri çərçivəsində Ankara–Qahirə iqtisadi əməkdaşlığının genişləndirilməsi də diqqət mərkəzində olacaq. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması hədəfi müəyyən edilib.

Bundan əlavə, Şərqi Aralıq dənizində karbohidrogen layihələri, kənd təsərrüfatı, turizm, müdafiə sənayesi və investisiya sahələrində əməkdaşlıq imkanları liderlərin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyə və Misir iş adamları da Türkiyə–Misir Biznes Forumu çərçivəsində bir araya gələcək.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Səudiyyə Ərəbistanı #Misir #Ankara #Əbdülfəttah əs-Sisi #Qahirə #Ər-Riyad #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.