7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə şəhid olan pilotla bağlı rəsmi araşdırmalara başlanılıb

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Balıkəsirdə baş verən təyyarə qəzasında şəhid olan qəhrəman pilotun ailəsinə və türk millətinə səbir diləyib. Cevdet Yılmaz özünün sosial media hesabında etdiyi paylaşımda Balıkəsirdəki 9-cu Əsas Şırnaq (Jet) Bazasında tapşırıq uçuşu yerinə yetirən F-16 qırıcısının qəzaya uğradığını bildirib. O, qəza nəticəsində şəhid olan hərbçiyə Allahdan rəhmət diləyərək hadisənin dərindən araşdırılacağını vurğulayıb.

25 Fevral 2026 09:14
Türkiyədə şəhid olan pilotla bağlı rəsmi araşdırmalara başlanılıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Balıkəsirdə baş verən təyyarə qəzasında şəhid olan qəhrəman pilotun ailəsinə və türk millətinə səbir diləyib.

VOA xəbər verir ki, Cevdet Yılmaz özünün sosial media hesabında etdiyi paylaşımda Balıkəsirdəki 9-cu Əsas Şırnaq (Jet) Bazasında tapşırıq uçuşu yerinə yetirən F-16 qırıcısının qəzaya uğradığını bildirib. O, qəza nəticəsində şəhid olan hərbçiyə Allahdan rəhmət diləyərək hadisənin dərindən araşdırılacağını vurğulayıb.

Vitse-prezident qeyd edib ki, baş vermiş bu ağır hadisə həm məhkəmə, həm də inzibati qaydada ciddi şəkildə təhqiq olunacaq. Hazırda mütəxəssislər qəzanın hansı səbəbdən baş verdiyini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.

"Qəhrəman pilotumuza Allahdan rəhmət, ailəsi başda olmaqla millətimizə səbir və başsağlığı diləyirəm. Yaşanan bu acı hadisə bütün detalları ilə araşdırılacaq", - deyə Cevdet Yılmaz bildirib.

Qeyd edək ki, Türkiyənin Balıkesir vilayətində 9-cu Ana Reaktiv Baza Komandanlığının aviasiya parkına məxsus F-16 qırıcısı planlı uçuş zamanı qəzaya uğrayıb.

Hadisə gecə saat 00:50 radələrində baş verib. Məlumata görə, bazadan qalxan F-16 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra qəzaya düşüb. Təyyarə İstanbul–İzmir magistral yolunun Karesi istiqamətində yol kənarına çırpılıb. Zərbə nəticəsində təyyarənin hissələri ətrafa səpələnib.

Balıkesir valisi İsmayıl Ustaoğlu sosial şəbəkə hesabında açıqlamasında bildirib ki, qırıcı planlı tapşırıq uçuşu zamanı qəzaya uğrayıb və pilot həlak olub. Vali hadisənin gecə saat 00:50 radələrində baş verdiyini qeyd edərək, həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verib.

Türkiyənin Milli Müdafiə Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, saat 00:56-dan etibarən F-16 ilə radioəlaqə və izləmə məlumatı kəsilib. Dərhal başladılan axtarış-xilasetmə tədbirləri nəticəsində təyyarənin qəzaya uğradığı müəyyənləşdirilib və qalıqlarına çatılıb. Nazirlik açıqlamasında pilotun həlak olduğu təsdiqlənib. Qəzanın səbəbi xüsusi istintaq komissiyasının aparacağı texniki araşdırmadan sonra müəyyən ediləcək.

Daxili İşlər Nazirliyi də hadisənin bütün istiqamətlər üzrə diqqətlə izlənildiyini, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparıldığını bəyan edib. Bildirilib ki, texniki araşdırmanın nəticələri qəzanın səbəblərinə aydınlıq gətirəcək.

Eyni zamanda Ədliyyə naziri Akın Gürek hadisə ilə bağlı başsağlığı mesajı yayıb. Məlumata əsasən, Balıkesir Respublika Prokurorluğu tərəfindən fakt üzrə istintaq başlanılıb, prokurorluq rəhbərliyi və iki prokuror hadisə yerinə ezam olunub.

Hadisədən sonra qəzaya uğrayan təyyarənin qalıqlarının ilk görüntüləri də ictimaiyyətə təqdim edilib. Şahidlər tərəfindən çəkilən kadrlarda təyyarənin parçalarının yol kənarında səpələndiyi müşahidə olunur.

Məqalədə: #Cevdet Yılmaz #Balıkesir #Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz #Balıkesir’de F-16 düştü: Pilot şehit oldu #Balıkesir’de askeri uçak kazası soruşturuluyor

Mövzu üzrə digər xəbərlər

Misir niyə Məkkə Sazişinə qoşulmadı?
Türkiyə

Misir niyə Məkkə Sazişinə qoşulmadı?

8 Avqust 17:52
FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz
Türkiyə

FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

13 İyul 15:22
Cevdet Yılmaz Tehranda Məsud Pezeşkianla görüşüb
Türkiyə

Cevdet Yılmaz Tehranda Məsud Pezeşkianla görüşüb

3 İyul 15:14
ABŞ-İran razılaşması qlobal sabitlik üçün müsbət addımdır - Cevdet Yılmaz
Türkiyə

ABŞ-İran razılaşması qlobal sabitlik üçün müsbət addımdır - Cevdet Yılmaz

15 İyun 13:12

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.