5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

HAVELSAN İspaniyaya HÜRJET simulyatoru ixrac etməyə hazırlaşır

Türkiyənin yeni nəsil reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə qazanılan uğur zəncirinə yeni bir halqa əlavə olunur. Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET təyyarələri ilə yanaşı, onun HAVELSAN tərəfindən hazırlanan "Tam Tapşırıq və Uçuş Təlim Simulyatoru" da beynəlxalq bazara çıxır.

26 Fevral 2026 13:12
HAVELSAN İspaniyaya HÜRJET simulyatoru ixrac etməyə hazırlaşır
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Türkiyənin yeni nəsil reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracı ilə qazanılan uğur zəncirinə yeni bir halqa əlavə olunur. Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET təyyarələri ilə yanaşı, onun HAVELSAN tərəfindən hazırlanan "Tam Tapşırıq və Uçuş Təlim Simulyatoru" da beynəlxalq bazara çıxır.

VOA xəbər verir ki, HAVELSAN-ın Baş direktoru Mehmet Akif Nacar mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, şirkətin hazırkı imkanları tələbatı qarşılamadığı üçün Kahramankazanda yeni və nəhəng bir obyektin inşasına başlanılıb. Bu müəssisə tamamlandıqda Avropanın ən böyük simulyator istehsal və inteqrasiya mərkəzi olacaq.

Nacar qeyd edib ki, əvvəllər yalnız hazır platformalar üçün simulyatorlar hazırladıqları halda, HÜRJET layihəsində bir ilkə imza atılıb:

"HÜRJET-də hələ tamamlanmamış bir təyyarənin mühəndislik sınaqlarına, kokpit ssenarilərinə və manevr imkanlarının yoxlanılmasına mühəndislik simulyatorumuzla töhfə verdik. Eyni prosesi Milli Muharibə Təyyarəsi KAAN üçün də həyata keçiririk."

HÜRJET-in 2027-ci ildə Türkiyədə, 2028-ci ildə isə İspaniyada fəaliyyətə başlaması planlaşdırılır. İspaniya ilə imzalanan müqavilə çərçivəsində HAVELSAN simulyator proqram təminatlarını və məlumat paketlərini yerli tərəfdaşlara təqdim edəcək. Bu, Türkiyənin texnologiya idxal edən ölkədən, kritik proqram təminatı ixrac edən ölkəyə çevrilməsinin mühüm göstəricisidir.

Yeni nəsil simulyatorların fərqli özəlliyi ondan ibarətdir ki, təyyarəyə quraşdırılan xüsusi sistem sayəsində pilotlar real uçuş zamanı, heç bir xarici vizual sistemə ehtiyac duymadan müxtəlif döyüş ssenariləri üzrə təlim keçə biləcəklər.

HAVELSAN, HÜRJET simulyatorunu bu ilin son rübündə Türk Hava Qüvvələrinin istifadəsinə verməyi, ardınca isə ixrac prosesini sürətləndirməyi hədəfləyir. GÖKBEY, HÜRKUŞ və ATAK kimi milli platformaların xarici satışları artdıqca, Türkiyənin simulyator sahəsindəki gəlirlərinin də kəskin artacağı gözlənilir.

Məqalədə: #TUSAŞ #KAAN #HAVELSAN #Hürjet #GÖKBEY #TUSAŞ TÜRKSAT 6A istehsalı #TUSAŞ 2025 #Türkiyənin ilk yerli insansız KAAN təyyarəsi #Türkiye HÜRJET Spain defense contract #HÜRJET aircraft delivery schedule 2028 #Türkiyə HÜRJET ilə Avropaya çıxır: İspaniya ilə 2 #HÜRJET NATO bazarına daxil olur: İspaniya ilə tarixi razılaşma #Türkiyənin 2026-cı il hərbi doktrinası: Təyyarə gəmiləri və KAAN döyüş meydanında #Türkiyənin yerli hərbi texnologiyaları: KAAN döyüş təyyarəsi və təyyarə gəmiləri

Mövzu üzrə digər xəbərlər

ABŞ pilotlarından KAAN-a yüksək qiymət: “Möhtəşəm texnologiyadır”
Türkiyə

ABŞ pilotlarından KAAN-a yüksək qiymət: “Möhtəşəm texnologiyadır”

12 Avqust 15:07
KAAN layihəsində növbəti uğur əldə olunub
Türkiyə

KAAN layihəsində növbəti uğur əldə olunub

31 İyul 15:10
TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb
Türkiyə

TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

22 İyul 11:02
Ankara regional sülhün təmin edilməsində həlledici addımları dəstəkləyir - Türkiyə MN
Türkiyə

Ankara regional sülhün təmin edilməsində həlledici addımları dəstəkləyir - Türkiyə MN

18 İyun 13:35

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.