6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə eyni anda 50 döyüş gəmisi inşa edəcək

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı ordu generalı Ercüment Tatlıoğlu, "Mavi Vatan-2026" təlimlərinin gedişatı zamanı Türkiyənin dəniz gücünü strateji səviyyəyə qaldıracaq tarixi layihələr barədə məlumat verib. O, Türkiyənin eyni anda 50 hərbi gəmi inşa etmə imkanına sahib olacağını bəyan edib.

11 Aprel 2026 16:23
Türkiyə eyni anda 50 döyüş gəmisi inşa edəcək

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı ordu generalı Ercüment Tatlıoğlu, "Mavi Vatan-2026" təlimlərinin gedişatı zamanı Türkiyənin dəniz gücünü strateji səviyyəyə qaldıracaq tarixi layihələr barədə məlumat verib. O, Türkiyənin eyni anda 50 hərbi gəmi inşa etmə imkanına sahib olacağını bəyan edib.

VOA xəbər verir ki, Türkiyənin üç tərəfdən dənizlərlə əhatə olunmuş jeostrateji mövqeyinin güclü dəniz qüvvələrini zəruri etdiyini vurğulayan Tatlıoğlu, TCG Anadolu gəmisindən izlənilən təlimlərin Türkiyənin bu sahədəki qüdrətinin açıq bir göstəricisi olduğunu bildirib.

"Mavi Vatan-2026" təlimində 120 gəmi, 50 hava vasitəsi, 15 min şəxsi heyət iştirak edəcək.

Təlim Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində keçiriləcək.

General Tatlıoğlu hazırda Türkiyə gəmiqayırma zavodlarında aparılan işlərin miqyasını açıqlayıb. Onun sözlərinə görə, Türkiyə təkcə regionun deyil, dünyanın aparıcı dəniz güclərindən birinə çevrilməkdədir.

Türkiyənin yeni milli təyyarə gəmisi Aviahord-un (Təyyarə gəmisi) inşası sürətlə davam edir.

TCG Kocatepe gəmisinin ilk bloku artıq quraşdırılıb. "Tepe" sinfinə məxsus digərlərinin inşasına da yaxın zamanda başlanacaq.

"İstanbul" sinfi freqatları seriyasından olan 2, 3, 4 və 5-ci freqatlar artıq dənizə endirilib. 6, 7 və 8-ci freqatların inşası isə davam edir.

Milli sualtı qayıqlar, "Bayraktar" sinfi çıxarma gəmiləri və açıq dəniz patrul gəmiləri layihələri plan üzrə icra olunur.

Hazırda Türkiyə gəmiqayırma zavodlarında 37-si Hərbi Dəniz Qüvvələrinə, 4-ü isə Sahil Mühafizəsinə aid olmaqla 41 gəmi eyni vaxtda inşa edilir. Qısa müddətdə daha 9 gəminin inşasına başlanması ilə bu rəqəm 50-yə çatacaq.

Türkiyə təkcə platformalar deyil, həm də həmin gəmilərin silah arsenalını milliləşdirib.

Həmçinin 5 müxtəlif tip insansız dəniz vasitəsi və 2 tip "Kamikaze" pilotsuz dəniz vasitəsi inventara daxil edilib.

Türkiyənin "Mavi Vatan" doktrinası çərçivəsində atdığı bu addımlar, Aralıq dənizi və Egey dənizindəki güc balansını tamamilə dəyişir. Yerli istehsal olan gəmi və silah sistemləri Türkiyəni dənizlərdə tam müstəqil gücə çevirir.

Məqalədə: #TCG Anadolu #Ercüment Tatlıoğlu #Mavi Vatan-2026 təlimləri #Türkiyə təyyarə gəmisi layihəsi #İstanbul sinfi freqatlar #ATMACA raketi #AKYA torpedası #İnsansız Dəniz Vasitələri (İDA) #Türkiyə hərbi dəniz gücü 2026 #TCG Kocatepe hava hücumundan müdafiə gəmisi

Mövzu üzrə digər xəbərlər

Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində
Hərbi innovasiyalar

Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

27 Avqust 09:48
TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir
Türkiyə

TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

22 Avqust 14:05
KARA ATMACA uzaq məsafədəki hədəfi tam dəqiqliklə vurdu
Türkiyə

KARA ATMACA uzaq məsafədəki hədəfi tam dəqiqliklə vurdu

25 May 14:14
Türk dəniz qüvvələrində yeni dövr: Milli aviadaşıyıcı və ağıllı gəmilər
ArabAZ təhlil mərkəzi

Türk dəniz qüvvələrində yeni dövr: Milli aviadaşıyıcı və ağıllı gəmilər

26 Aprel 17:00

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.