6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Dəniz sərhədlərimizi pozan xəritələr etibarsızdır - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Balıqçılıq Müfəttişliyi İdarəsinin rəsmi internet saytında dərc olunan məhdudiyyətlər və xəritələrlə bağlı yazılı bəyanat yayıb. Bəyanatda Yunanıstanın Ege və Şərqi Aralıq dənizində səlahiyyəti olmayan bəzi ərazilərdə balıqçılığa qadağa zonaları təsis etdiyi və beynəlxalq hüquqa zidd müxtəlif xəritələr yayımladığı bildirilib.

21 Aprel 2026 17:36
Dəniz sərhədlərimizi pozan xəritələr etibarsızdır - Türkiyə XİN

BAKI,VOA, Nailə Babazadə

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Balıqçılıq Müfəttişliyi İdarəsinin rəsmi internet saytında dərc olunan məhdudiyyətlər və xəritələrlə bağlı yazılı bəyanat yayıb.

VOA xəbər verir ki, bəyanatda Yunanıstanın Ege və Şərqi Aralıq dənizində səlahiyyəti olmayan bəzi ərazilərdə balıqçılığa qadağa zonaları təsis etdiyi və beynəlxalq hüquqa zidd müxtəlif xəritələr yayımladığı bildirilib.

Nazirlik Türkiyə ilə Yunanıstan arasında mövcud olmayan "xəyali dəniz sərhədləri" çəkən bu xəritələrin qəbulolunmaz olduğunu vurğulayıb. Açıqlamada deyilir:

"Bu sahələrdə Türk dəniz səlahiyyət sahələrini pozan xəritələrin heç bir etibarlılığı yoxdur. Yunanıstanın 6 dəniz mili enindəki ərazi sularından kənarda, səlahiyyət sahibi olmadığı yerlərdə və beynəlxalq sularda balıqçılıq fəaliyyətinə gətirdiyi qeyri-qanuni məhdudiyyətlər Türkiyə üçün yox hökmündədir."

Rəsmi Ankara türk balıqçılarının beynəlxalq hüquqa və tarixi haqlara əsaslanan qanuni fəaliyyətlərinin qorunacağını bəyan edib. Vurğulanıb ki, bu fəaliyyətlərə qarşı yönəlmiş heç bir "birtərəfli və qeyri-qanuni" addım qəbul edilməyəcək.

Bəyanatın sonunda iki ölkə arasındakı dialoqun önəminə toxunularaq, 7 dekabr 2023-cü il tarixli "Dostluq Münasibətləri və Mehriban Qonşuluq haqqında Afina Bəyannaməsi" xatırladılıb. Türkiyənin problemləri beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq prinsipləri əsasında həll etmək üçün səmimi və əhatəli yanaşmasını qoruduğu diqqətə çatdırılıb.

Məqalədə: #Türkiyə Xarici İşlər Nazirliyi #Yunanıstan #Türkiyə Yunanıstan münasibətləri #Türkiyə Yunanıstan ikitərəfli əlaqələr #Türkiyə-Yunanıstan münasibətləri

Mövzu üzrə digər xəbərlər

Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb
Livan

Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

31 Avqust 20:42
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Türkiyə

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 17:42
Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb
Türkiyə

Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

25 Avqust 10:56
93 il əvvəl Danimarka Erzurum və Karsda süd sənayesi qurmaq istəyib
Türkiyə

93 il əvvəl Danimarka Erzurum və Karsda süd sənayesi qurmaq istəyib

20 Avqust 14:09

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.