9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Yusuf Tekin uşaqların təhlükəsizliyi planını açıqladı - Planda nələr var?

Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirləri genişləndirilərək həm fiziki, həm də rəqəmsal müstəvini əhatə edən yeni model tətbiq ediləcək. Türkiyənin milli təhsil naziri Yusuf Tekin keçirdiyi mətbuat konfransında məktəblərdə təhlükəsizliklə bağlı yeni qərarları açıqlayıb.

24 Aprel 2026 11:54
Yusuf Tekin uşaqların təhlükəsizliyi planını açıqladı - Planda nələr var?

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirləri genişləndirilərək həm fiziki, həm də rəqəmsal müstəvini əhatə edən yeni model tətbiq ediləcək.

AzerVoice xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin keçirdiyi mətbuat konfransında məktəblərdə təhlükəsizliklə bağlı yeni qərarları açıqlayıb.

Nazir bildirib ki, son hadisələr fonunda təhlükəsizlik yanaşması yenilənərək yalnız məktəb əraziləri ilə məhdudlaşmayacaq, eyni zamanda rəqəmsal mühitdə yaranan risklər də nəzarətə götürüləcək.

Açıqlamaya görə, yeni model çərçivəsində süni intellekt dəstəkli nəzarət sistemləri vasitəsilə sosial şəbəkələr və rəqəmsal platformalarda uşaqlara yönələn təhlükələr izlənəcək və erkən müdaxilə mexanizmləri işə salınacaq.

Nazir həmçinin vurğulayıb ki, dövlət qurumları arasında koordinasiya gücləndiriləcək, məktəb ətrafı təhlükəsizlik, giriş-çıxış nəzarəti və risklərin operativ müəyyənləşdirilməsi üçün inteqrasiya olunmuş sistem yaradılacaq.

Qərarlara əsasən, valideynlərlə məktəblər arasında əlaqə daha da genişləndiriləcək, “Valideyn görüş sistemi” daha aktiv işlək vəziyyətə gətiriləcək və ailə-məktəb əməkdaşlığı gücləndiriləcək.

Bundan əlavə, rəqəmsal asılılıq və psixoloji risklərlə bağlı valideynlər üçün xüsusi dəstək və məsləhət xəttinin yaradılması planlaşdırılır.

Məktəblərdə çalışan müəllim və rəhbər heyət üçün isə böhran idarəetməsi, risklərin erkən aşkarlanması və təhlükəli situasiyalara müdaxilə ilə bağlı təlimlər davam etdiriləcək.

Eyni zamanda, şagirdlər üçün psixososial dəstək mexanizmləri genişləndiriləcək və pilot layihə kimi tətbiq olunan “Dəyər əsaslı rəqəmsal rifah proqramı” bütün ölkə üzrə yayılacaq.

Nazir qeyd edib ki, bütün bu tədbirlər məktəblərdə təhlükəsiz mühitin təmin olunması və şagirdlərin sağlam inkişafının qorunması məqsədi daşıyır.

Məqalədə: #Süni intellekt #Təhlükəsizlik tədbirləri #təhsil islahatları #Məktəb təhlükəsizliyi #rəqəmsal risklər #milli təhsil #sosial şəbəkə nəzarəti #risk analizi #şagird rifahı #dövlət koordinasiyası #uşaq müdafiəsi

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.