6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

"Sanksiyalar ləğv edilsin, Türkiyəyə F-35 verilsin!" — ABŞ parlamentarilərinə rəsmi məktub göndərildi

ABŞ-də fəaliyyət göstərən 7 nüfuzlu Türk-Amerikan təşkilatı Birləşmiş Ştatlar Konqresinin 50-dən çox üzvünə birgə məktub ünvanlayaraq, Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dəstəklənməsini və CAATSA sanksiyalarının ləğv edilməsini tələb edib. Sənədi Türk Amerikan Dərnəkləri Asambleyası, Türk Amerikan Koalisiyası, MÜSİAD USA və TASC kimi aparıcı qurumlar imzalayıb. Təşkilatlar bildiriblər ki, F-35 tədarükünün təsdiqlənməsi NATO-nun cənub-şərq cinahını gücləndirməklə yanaşı, Ankara-Vaşinqton münasibətlərinə böyük töhfə verəcək və Türkiyənin alternativ hərbi bazarlara yönəlməsinin qarşısını alacaq.

19 Avqust 2026 14:09
"Sanksiyalar ləğv edilsin, Türkiyəyə F-35 verilsin!" — ABŞ parlamentarilərinə rəsmi məktub göndərildi

BAKI,VOA, Fərid Mikayılov

ABŞ-də fəaliyyət göstərən 7 nüfuzlu Türk-Amerikan təşkilatı Birləşmiş Ştatlar Konqresinin 50-dən çox üzvünə birgə məktub ünvanlayaraq, Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dəstəklənməsini və CAATSA sanksiyalarının ləğv edilməsini tələb edib.

VOA xəbər verir ki, məktubda Türkiyənin təxminən 75 ildirdir NATO müttəfiqi olduğu və regionun təhlükəsizliyində strateji rol oynadığı vurğulanıb.

Sənədi Türk Amerikan Dərnəkləri Asambleyası, Türk Amerikan Koalisiyası, MÜSİAD USA və TASC kimi aparıcı qurumlar imzalayıb. Təşkilatlar bildiriblər ki, F-35 tədarükünün təsdiqlənməsi NATO-nun cənub-şərq cinahını gücləndirməklə yanaşı, Ankara-Vaşinqton münasibətlərinə böyük töhfə verəcək və Türkiyənin alternativ hərbi bazarlara yönəlməsinin qarşısını alacaq.

CAATSA sanksiyalarının ləğvi Türkiyə üçün nəyi dəyişəcək? Bunu da oxuyun CAATSA sanksiyalarının ləğvi Türkiyə üçün nəyi dəyişəcək?

F-35 proqramına qayıdış məsələsi İyulun 7-də Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasındakı görüşdə də əsas müzakirə mövzularından biri olub.

Ərdoğan Türkiyə üçün istehsal olunmuş F-35A təyyarələrini xatırladaraq müsbət qərar gözlədiklərini bildirib. Donald Tramp isə Türkiyə ilə münasibətlərin çox yaxşı olduğunu vurğulayaraq deyib:

"F-35-lər ən yaxşı təyyarələrdir və bu, verməli olduğumuz bir qərardır. Niyə də olmasın? Biz dostlarımızın sanksiya altında olmasını istəmirik və Türkiyəyə tətbiq edilən ambarqoları ləğv edirik".Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri tədarük etdikdən sonra F-35 proqramından çıxarılmışdı.

Məqalədə: #Türkiyə #ABŞ #Ankara #NATO #Vaşinqton #Türkiyə-ABŞ münasibətləri #CAATSA #CAATSA sanksiyaları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.