6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İranda nüvə danışıqları səlahiyyətləri uğrunda daxili mübarizə

Parlament ötən ay nüvə obyektlərinin gələcək yoxlanışlarının yalnız Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə aparılmasını nəzərdə tutan qanun qəbul edib. Bu addım Qərbə və Atom Enerjisi Agentliyinə təzyiq vasitəsi kimi dəyərləndirilir. Hazırda Şuraya bağlı bir alt komitə və Müdafiə Nazirliyi nüvə obyektlərinin təhlükəsizliyini təmin edir, faktiki olaraq isə bu iş SEHAPın xüsusi bölməsinə məxsusdur.

15 Avqust 2025 22:12
İranda nüvə danışıqları səlahiyyətləri uğrunda daxili mübarizə

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İranda nüvə məsələsinin idarə olunması səlahiyyətləri ilə bağlı Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurası arasında müzakirələr davam edir. Əli Laricaninin yenidən Şuranın baş katibi vəzifəsinə qayıtması, bu dosyenin “Xarici İşlər”dən alınması ehtimallarını gündəmə gətirib. Lakin xarici işlər naziri Abbas Əraqçi bunu təkzib edib.

“Hazırda belə bir plan gündəlikdə yoxdur və mən bunun baş verəcəyini düşünmürəm.” -deyə, Əraqçi, Laricaninin ofisinə yaxın “Khabar Online” saytına deyib.

Bu açıqlama, Laricaninin dönüşü ilə bağlı mediada yayılan ehtimallar fonunda səlahiyyət bölgüsü müzakirələrini sakitləşdirməyə yönəlik cəhd kimi qiymətləndirilir.

Parlament ötən ay nüvə obyektlərinin gələcək yoxlanışlarının yalnız Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə aparılmasını nəzərdə tutan qanun qəbul edib. Bu addım Qərbə və Atom Enerjisi Agentliyinə təzyiq vasitəsi kimi dəyərləndirilir. Hazırda Şuraya bağlı bir alt komitə və Müdafiə Nazirliyi nüvə obyektlərinin təhlükəsizliyini təmin edir, faktiki olaraq isə bu iş SEHAPın xüsusi bölməsinə məxsusdur.

Bu dəyişikliklər, nüvə məsələsində təhlükəsizlik orqanlarının rolunu gücləndirərək Şuraya daha geniş nəzarət imkanı verir.

Keçmiş təcrübələr və səlahiyyət bölgüsü
İranda nüvə danışıqlarının idarə olunması taktikasının dəyişməsi yeni deyil. Əsas qərar səlahiyyəti həmişə Ali Rəhbər Əli Xameneidə olub. 2013-cü ildə Həsən Ruhani prezident olanda danışıqların idarəsi Xarici İşlər Nazirliyinə verilsə də, strateji qərarlar əvvəlki kimi Şurada formalaşırdı.

Laricaninin qayıdışı bu müzakirələri yenidən alovlandırıb. O, 2004–2006-cı illərdə Şuranın baş katibi və baş nüvə danışıqları nümayəndəsi olub. Lakin Mahmud Əhmədinejadla fikir ayrılığı səbəbindən istefa verib. Əhmədinejadın sərt xətti nəticəsində nüvə məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılmış və altı qətnamə qəbul edilmişdi.

Ali Rəhbərin nəzarəti və diplomatik məhdudiyyətlər
2024-cü ilin martında Xameneinin nüvə məsələsini birbaşa ona tabe qurumlara, xüsusən də Şuraya qaytarmaq istədiyi haqda məlumatlar yayılmışdı. Bu da xarici işlər orqanının səlahiyyətlərinin məhdudlaşdırılması kimi qiymətləndirildi.

Bir çox müşahidəçilər hesab edir ki, Xarici İşlər Nazirliyinin Şuraya nisbətən məhdud səlahiyyətləri ABŞ-la dolayı danışıqları çətinləşdirir. Həsən Ruhani də səlahiyyət parçalanmasının diplomatik irəliləyişə mane olduğunu etiraf etmişdi.

Paralel strukturlar və Laricaninin rolu
Laricaninin mövqeyi daxildəki danışıqlar tərəfdarlarına ümid verə bilər. O, 2015-ci il nüvə sazişinin qəbulunda mühüm rol oynamışdı. Lakin bəziləri qorxur ki, o, yenidən mühafizəkarlarla yaxın əməkdaşlıq kursuna qayıda bilər.

Keçmiş xarici işlər naziri Əliəkbər Salehinin açıqlamasına görə, rəsmi Şura strukturlarından kənarda, nüvə danışıqlarına ciddi təsir edən “paralel komitə” mövcuddur.

Xarici İşlər Nazirliyi sözçüsü İsmayıl Beqai, nazirliyin qərar verən instansiyalara mövqeyini təqdim etdiyini desə də, hazırkı vəziyyət Laricaninin strateji xəttin formalaşdırılmasında daha böyük rol oynayacağını göstərir.

Mövcud vəziyyət, nüvə məsələsinin idarəsində texniki prosedurlardan çox, hakimiyyət daxilində güc balansının ön planda olduğunu göstərir. Diplomatik aparat ünsiyyət və təcrübə vasitələrinə malik olsa da, yekun qərar Ali Rəhbərin nəzarətində olan Şura və ona bağlı strukturlar tərəfindən verilir. Laricaninin qayıdışı qərarların mərkəzləşdirilməsini gücləndirə bilər, lakin bu, diplomatik manevr imkanlarını azalda bilər. Gələcək danışıqlarda Tehran üçün əsas çətinlik daxili intizam tələbləri ilə beynəlxalq təzyiqlər arasında balansı qorumaq olacaq.

Məqalədə: #SEPAH #Əli Laricani #nüvə silahı #SEPAH raket bölməsi #İranın nüvə danışıqları #İran nüvə sazişi #Nüvə reaktoru #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran-ABŞ nüvə gərginliyi #SEPAH-ın Komandanlıq Şəbəkəsi #SEPAH komandiri öldürüldü #Müdafiə naziri müavini və SEPAH rəhbəri #SEPAH-ın güclənməsi #SEPAH komandanlarının ölümü

Mövzu üzrə digər xəbərlər

SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

31 Avqust 21:22
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
İran

İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

31 Avqust 10:30
Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi
İran

Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

28 Avqust 15:10
ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp
İran

ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

28 Avqust 13:09

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.