8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Suriya və Türkiyə ordusu böyük əməliyyata hazırlaşır

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.

18 Avqust 2025 15:14
Baku
Suriya və Türkiyə ordusu böyük əməliyyata hazırlaşır

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa deyib ki, Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.

Sazişin icrası üçün ilin sonuna qədər zaman olduğunu vurğulayan Şəraa beynəlxalq aktorların Suriyanın şimal-şərqindəki problemin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb:

"Bununla bağlı optimistəm. Bu məsələ bir neçə ay ərzində öz həllini tapacaq. Suriya torpaqlarının bir zərrəsindən belə vaz keçməyəcək. Hər kəsin hüquqları dövlətin qanunları və konstitusiyasına uyğun olaraq qorunacaq".

Cari ilin 10 mart tarixində mərkəzi Suriya hökuməti ilə "demokratik qüvvələr" adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları arasında anlaşma imzalanıb. Anlaşma ilə kürd icmasının Suriyanın ayrılmaz parçası olduğunu təsbit edilib.

Əhməd əş-Şəraanın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan politoloq Rufiz Hafizoğlu söyləyib ki, keçmiş prezidenti Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyada gündəmə gələn məsələlərdən biri ölkənin parçalanmasıdır: "Bunu bəzi qüvvələr olduqca şişirdilmiş halda gündəmə gətirir. Bəziləri də sanki heç bir təhlükə yoxmuş kimi açıqlamalar verir. Təbii ki, hər iki tərəfin müəyyən maraqları var. Amma Suriyanın parçalanması məsələsi təsəsüflər olsun ki, hələ də öz aktuallığını qoruyur. Biz Suriyanın cənubunda İsrailin dəstəyi ilə bəzi druz icmalarının muxtariyyət və İsrailə qoşulmaq kimi tələblərinin olduğuna şahidlik etdik. Bu problem öz həllini tapmır. Çünki cənubda hələ də druz riski var. Amma eyni zamanda Suriyanın şimalı, Türkiyənin cənubunda PKK-nın ad dəyişdirmiş dövlətinin olduğu bir bölgə var ki, bura ən təhlükəli bölgələrdəndir. Əhməd əl Şəara açıqlamasında qeyd edib ki, ölkənin suverenliyi, ərazi bütövlüyü müzakirə obyekti deyil. Düşünürəm ki, Suriya höküməti bunu tək başına edə bilməyəcək. Suriya ilə Türkiyə arasında hərbi müqavilə var. Türkiyə heç vaxt torpaqlarının cəubunda bir PKK dövlətinin olmasına icazə verməz. Yaxın zamanda Suriyanın şimalında Suriya və Türkiyə ordusu böyük əməliyyat keçirəcək”.

Məqalədə: #Rufiz Hafizoğlu #PKK terror təşkilatı #Suriya #Bəşər Əsəd #PKK/YPG #Əhməd Əl-Şaraa #Əhməd Şəraa #PKK/YPG və Suriya #YPG terrorçuları #Suriyada PKK fəaliyyəti #Suriya Demokratik Qüvvələri #YPG və PKK Suriyada #Suriyanın ərazi bütövlüyü #SDQ (Suriya Demokratik Qüvvələri)

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.