14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Netanyahu və Rubionun Qüdsdə açılışını etdiyi “Hşiloah” tuneli haqqında nələr gizlədilir?

Son üç ay ərzində ikinci dəfə olaraq İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi Qüdsdəki “Davud şəhəri” məhəlləsindən Əl-Əqsa məscidinin yanındakı Burak divarına (Qərb divarı ) qədər uzanan tunelin açılışını etdi. Lakin bu dəfə açılış ABŞ-ın dövlət katibi Marko Rubionun iştirakı ilə baş tutdu. Rubio bu addımı “xüsusi tarixi hadisə” adlandırdı.

17 Sentyabr 2025 09:00
Netanyahu və Rubionun Qüdsdə açılışını etdiyi “Hşiloah” tuneli haqqında nələr gizlədilir?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Son üç ay ərzində ikinci dəfə olaraq İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi Qüdsdəki “Davud şəhəri” məhəlləsindən Əl-Əqsa məscidinin yanındakı Burak divarına (Qərb divarı) qədər uzanan tunelin açılışını etdi. Lakin bu dəfə açılış ABŞ-ın dövlət katibi Marko Rubionun iştirakı ilə baş tutdu. Rubio bu addımı “xüsusi tarixi hadisə” adlandırdı.

Yəhudi mənbələrində “Hşiloah” adlandırılan tunelin açılışında iştirak edən Netanyahu ötən həftə İsrailin Dohada həyata keçirdiyi və HƏMAS liderlərini öldürməyə cəhd etdiyi hücuma toxundu. ABŞ administrasiyası bu hücumdan narazılıq ifadə etmiş və onu İsrailin və ABŞ-ın maraqlarına zidd hesab etmişdi. Bununla belə, Rubio bəyan etdi ki, bu əməliyyat – mənfi tərəflərinə baxmayaraq – ABŞ-da İsrailin mövqeyinə xələl gətirmir və iki ölkə arasındakı münasibətlərə mənfi təsir etmir.

Netanyahu isə bəyan etdi ki, nə Dohanın bombalanmasına, nə də HƏMAS liderlərinin hədəfə alınmasına görə peşman deyil, və bunu uğursuz əməliyyat hesab etmir:
“Terror liderləri indi bilirlər ki, qaça bilərlər, amma gizlənə bilməzlər. Əllərimiz onlara harada olsalar da çata bilər.”

Sağ yönümlü və Netanyahunun mövqeyini dəstəkləyən “Yisrael Hayom” qəzeti bazar ertəsi yazdı ki, Rubionun əvvəlcədən planlaşdırılmış səfəri həyata keçirməkdə israrı ərəblərə “ABŞ-İsrail münasibətlərinin sarsılmaz olduğunu göstərən sərt bir mesaj”dır.

Qəzet əlavə edib: “Əvvəlki administrasiya dövründə sabiq dövlət katibi Antoni Blinkenin belə bir səfərini təsəvvür etmək çətin olardı. Rubionun sələfinin hər səfəri Qüdsdə gərginlik yaradaraq tələblərlə müşayiət olunurdu. Kamera qarşısında gülümsəmələr olsa da, İsrailin Qəzza müharibəsindəki maraqları ilə üst-üstə düşməyən siyahılar təqdim olunurdu.”

Nəşr onu da qeyd edib ki, indi prezident Donald Tramp açıq şəkildə İsrailin onun üçün nə qədər önəmli olduğunu göstərmək, və lazım olduğu zaman ABŞ-ın dəstəyinin İsrailin yanında olacağını təsdiqləmək istəyir.

İsrail tərəfi isə hesab edir ki, Rubionun səfərinin kulminasiya nöqtəsi məhz Qüdsdəki “Davud şəhəri”ndə yerləşən “Hşiloah” tunelinin açılış mərasimində iştirakı olub. Bəzi mənbələr isə iddia edirlər ki, ümumiyyətlə səfərin bütün siyasi görüşləri və proqramı bu açılış ətrafında qurulub.

Netanyahu tuneli əvvəl də açmışdı

Xatırladaq ki, Netanyahu bu tunelin açılışını ilk dəfə 2 iyun 2025-ci ildə – Qüdsün işğalının ildönümü münasibətilə etmişdi. O zaman o, tunelin içindən lentə alınmış videoda belə demişdi:
“Biz indi Davud şəhərində piyada qalxan küçədəyik. Bu, möhtəşəm hekayədir! Qüds həmişə gözümüzün önündə olub. Biz qayıtdıq və Qüdsü, həm qədimi, həm də yenisini azad etdik. O, əbədi olaraq bizim əlimizdə qalacaq.”

Tunel haqqında nələri bilirik?

Fələstin İrs Araşdırmaları Mərkəzi Qüdsdə bildirib: “Bu, Siloam (Silvan) tunelidir. O, Qüds şəhərinin yaxınlığında yerləşən Silvan kəndinin bulağını şəhərin içinə bağlayır. 1880-ci ildə təsadüfən aşkar olunandan sonra yəhudi mənbələri onu kral Hizqiyaya aid etmiş və guya Tövratdakı göstərişlə qazıldığını iddia etmişlər.”

Mərkəz əlavə edib: “Lakin yazını hərf-hərf və kəlmə-kəlmə oxuduqda, yəhudi kralı ilə bağlı heç bir işarə tapmırıq. Əksinə, yazı göstərir ki, qazıntı e.ə. 500-cü ildən əvvəl, Dəmir dövründə aiddir. Çünki yazının hərfləri və üslubu həmin dövrə məxsusdur, İsrailin iddia etdiyi kimi ellinistik dövrə deyil.”

Açıqlamada deyilir ki, yazı bu tunelin firon tanrısı Ranın göstərişi ilə qazıldığını göstərir. Bu isə tunelin Misirin şəhər üzərində hökmranlığı dövründə inşa edildiyini təsdiqləyir. Həmin dövrdə Qüds “Qirat Ra” – yəni “Ra tanrısının şəhəri” adlandırılırdı.

Mərkəz vurğulayıb ki, bu tunel əslində Kanan dövrünə aid olub Misir təsiri altında inşa edilmişdi və qədim Kanan mədəniyyətinin bir parçasıdır. İsrail isə onu siyasi məqsədlərlə yəhudiləşdirməyə çalışır. Mərkəz xatırladıb ki, tunel təsadüfən, köhnə şəhərdə kanalizasiya borularının təmiri zamanı aşkar edilmişdi. Sonradan israillilər Bab əl-Məğaribə, Vadi Hilva və digər sahələrdə qazıntılar apararaq tuneli siyasi məqsədlərlə istifadəyə yararlı hala gətirmişdilər.

Məqalədə: #Benyamin Netanyahu #Səmavi dinlərdə QÜDS #Marko Rubio #Sergey Lavrov və Rubio görüşü #Rubio Qəzza açıqlaması #Fidan-Rubio telefon danışığı #Hşiloah #Burak divarı #Qərb divarı #Yisrael Hayom #Davud şəhəri #Siloam #Hizqiya #Silvan #Qirat Ra #Bab əl-Məğaribə

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28

Son Xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
13:00
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
12:55
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
12:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.