10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ Dövlət Departamenti iranmeyilli İraq qruplarını “Terrorçu Qruplar” siyahısına salıb

ABŞ Dövlət Departamenti çərşənbə günü açıqlama yayaraq, İranda dəstəklənən dörd silahlı iraqlı qruplaşmanı xarici terror təşkilatları siyahısına daxil etdiyini bildirib.

17 Sentyabr 2025 19:02
ABŞ Dövlət Departamenti iranmeyilli İraq qruplarını “Terrorçu Qruplar” siyahısına salıb

ArabAZ

ABŞ Dövlət Departamenti çərşənbə günü açıqlama yayaraq, İranda dəstəklənən dörd silahlı iraqlı qruplaşmanı xarici terror təşkilatları siyahısına daxil etdiyini bildirib. Bu addım Vaşinqtonun “Yaxın Şərqdə İranın nüfuzuna qarşı mübarizə aparmaq və Tehranın dəstəklədiyi silahlı qrupların ABŞ maraqlarına yönəlmiş təhdidlərini azaltmaq” strategiyasının tərkib hissəsi kimi təqdim olunub.

Yeni qərara əsasən, “Hərəkət ən-Nücəba”, “Kətaib Seyyid əş-Şühəda”, “Ənsarullah əl-Üfaiya Hərəkatı” və “Kətaib əl-İmam Əli” terrorçu təşkilat kimi tanınıb.

Bəyanatda qeyd olunub ki, bu qruplaşmalar ABŞ və müttəfiq qüvvələrinin təhlükəsizliyini hədəf alan terror fəaliyyətlərində iştirak edib və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qolu ilə sıx əməkdaşlıq qurublar.

ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, bu qruplar dəfələrlə Bağdaddakı ABŞ səfirliyinə və ABŞ qoşunlarının yerləşdiyi bazalara hücum ediblər:

“Onlar adətən iştiraklarını gizlətmək üçün saxta adlardan və ya vasitəçi qruplardan istifadə edirlər.”

Qruplar haqqında məlumat

  • Hərəkət ən-Nücəba – 2013-cü ildə yaradılıb, İranın ali lideri Əli Xameneiyə sədaqətini elan edib. Onun lideri Əkrəm əl-Kaabi 2019-cu ildən “qlobal terrorçu” kimi siyahıya salınıb. Qrup açıq şəkildə ABŞ bazalarını hədəf almaqla hədələyib.
  • Kətaib Seyyid əş-Şühəda – 2023-cü ildə lideri Haşim Fənian əs-Səraji ilə birlikdə terrorçu elan olunub. Qrup “İraqdakı İslam Müqaviməti” daxilində fəaliyyət göstərir və İrandan müasir silah və təlimlər alır.
  • Ənsarullah əl-Üfaiya Hərəkatı – lideri Heydər əs-Saidiylə birlikdə 2024-cü ildə SDGT (Xüsusi Qlobal Terrorçular Siyahısı) çərçivəsində tanınıb. ABŞ-ın İordaniyadakı “Bürc 22” bazasına pilotsuz aparat hücumunda iştirak edərək 3 amerikalı hərbçinin ölümünə səbəb olub.
  • Kətaib əl-İmam Əli – 2025-ci ildə siyahıya salınıb. Qrup ABŞ hədəflərinə qarşı hücumlarda iştirak edib, onun üzvləri İranda və Livanda “Hizbullah” tərəfindən hərbi təlim keçiblər. Lideri Şibl əz-Zeydinin İranla maliyyə əlaqələri önə çəkilir.

ABŞ rəsmiləri bildiriblər ki, bu təsnifat qrupları “ifşa və təcrid” edəcək, onların ABŞ maliyyə sisteminə və resurslara çıxışını bağlayacaq. Qrupların ABŞ-dakı bütün aktivləri dondurulacaq, amerikalıların onlarla hər cür maliyyə əməliyyatı aparması qadağan ediləcək. Həmçinin, bu təşkilatlarla əməkdaşlıq edən digər tərəflər də ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.

Dövlət Departamenti xatırladıb ki, oxşar addımlar əvvəllər də atılıb. “Kətaib Hizbullah” 2009-cu ildə, “Asaib Əhl əl-Həqq” isə 2020-ci ildə terrorçu elan edilib. Hər iki qrup İranın maliyyə və hərbi dəstəyi ilə ABŞ qüvvələrinə qarşı qanlı hücumlarda iştirak edib.

Məqalədə: #Hərəkət ən-Nücəba #Kətaib Seyyid əş-Şühəda #Ənsarullah əl-Üfaiya Hərəkatı #Kətaib əl-İmam Əli #İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qolu

Mövzu üzrə digər xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26

Son Xəbərlər

Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
Qətər Körfəzdə vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb
19:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.