5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Müqtəda əs-Sədr dini nüfuzunu möhkəmləndirməyə yönəlir

Sədr siyasi səhnədən uzaqlaşsa da, dini nüfuzunu artırmaqda qərarlıdır. İraqın tanınmış şiə din xadimi Müqtəda əs-Sədr, parlament seçkilərindən uzaq qalmaqla siyasi təsirini itirməyi deyil, əksinə, özünü dini və mənəvi rəhbər kimi təsdiqləməyi hədəfləyir.

2 Noyabr 2025 20:00
Müqtəda əs-Sədr dini nüfuzunu möhkəmləndirməyə yönəlir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

Sədr siyasi səhnədən uzaqlaşsa da, dini nüfuzunu artırmaqda qərarlıdır. İraqın tanınmış şiə din xadimi Müqtəda əs-Sədr, parlament seçkilərindən uzaq qalmaqla siyasi təsirini itirməyi deyil, əksinə, özünü dini və mənəvi rəhbər kimi təsdiqləməyi hədəfləyir.
O, artıq bir müddətdir ki, özünü yalnız siyasi lider kimi deyil, bütün İraq cəmiyyətinə istiqamət verən dini rəhbər - “mürşid” kimi təqdim etməyə çalışır.

Müşahidəçilərin fikrincə, bu mövqe dəyişikliyi, Sədrin siyasi sistem üzərində mənəvi hakimiyyət qurmaq istəyinin nəticəsidir - o, artıq dövlət institutlarını idarə etməkdən çox, onları dini baxımdan yönləndirmək niyyətindədir.

Seçkilərə qatılmamaq - sistemdən imtina deyil “üstünlük” iddiasıdır

Sədr noyabrda keçiriləcək parlament seçkilərinə qatılmayacağını açıqlayıb və tərəfdarlarını da eyni addımı atmağa çağırıb.
Bu qərar onun icra strukturlarını ələ keçirmək ümidlərini tükətdiyini, lakin özünü siyasi sistemdən “yuxarıda” yerləşdirməyə çalışdığını göstərir.

O, seçkiləri “fəsadın legitimləşdirilməsi” adlandıraraq, tərəfdarlarını “fəsadkarları hakimiyyətə qaytarmamağa” çağırıb.
Beləliklə, Sədr özünü dövlətin və siyasətin fövqündə dayanan dini sima kimi göstərməyə çalışır - bu da onu şiə dünyasının mənəvi rəhbərləri səviyyəsinə yüksəltmək niyyətini əks etdirir.

Keçmişdə hakimiyyət uğrunda mübarizə

Xatırladaq ki, 2021-ci ilin oktyabr seçkilərində Sədrin hərəkatı - o dövrdə “Sədr Hərəkatı”, sonradan “Milli Şiə Cərəyanı” adlandırılan blok - parlamentdə ən çox mandat qazanan qüvvələrdən biri olmuşdu.
Lakin o, baş nazir postunu formalaşdırmaq hüququnu əldə etməyə çox yaxınlaşsa da, digər şiə liderlərinin, o cümlədən “Koordinasiya Çərçivəsi” adlanan ittifaqın müqaviməti ilə üzləşmişdi.

Nəticədə sünni və kürd partiyaları ilə koalisiya qurulsa belə, Sədr hökumət qurmaq şansını itirdi. Bu hadisədən sonra o, siyasi sistemi “çürük və korrupsiyalaşmış” adlandıraraq müxalif dini mövqeyə çəkildi.

Sədrin dini ritorikası və “mənəvi rəhbərlik” mesajı

Sədr son paylaşımında siyasətdən çox dini və əxlaqi dəyərlərə toxunaraq yazıb.

“Seçkilər heç vaxt əqidə məsələlərindən üstün ola bilməz.Allahın əmrlərinə qarşı çıxan fəsadkarları dəstəkləmək, günahların ən böyüyüdür.”-deyə o bildirib.

O, paylaşımında həmçinin seçkilərdə iştirakdan imtinanı dini vəzifə kimi təqdim edib və buna əməl etməyənləri “qiblədən uzaqlaşan camaat” ilə müqayisə edib.
Bu ritorika Sədrin qərarlarını dini legitimliklə əsaslandırmaq cəhdidir və onun siyasi qərarları dini mesajlara bürüyərək mənəvi təsir gücünü artırmaq strategiyasını ortaya qoyur.

Daxili ziddiyyətlər və dini miras

Müqtəda əs-Sədrin mövqeyi çox zaman ziddiyyətli olub - o, bəzi hallarda islahat tərəfdarı, bəzi hallarda isə sistemin dayağı kimi çıxış edib.
Bununla belə, onun nüfuzu əsasən ailəsinin dini mirasından qaynaqlanır.
Atası - mərhum Ayətullah Məhəmməd Sadiq əs-Sədr, Səddam Hüseyn dövründə şiə cəmiyyətinin simvoluna çevrilmişdi.

Ekspertlər bildirirlər ki, Sədrin və onun tərəfdarlarının siyasi çəkisi, İraqda idarəetmə təcrübəsinin zəifliyinin və ictimai narazılığın təzahürüdür.
Yəni xalqın bir qismi siyasi sistemə inamını itirdiyi üçün, dini liderlərə yönəlir.

Sədr - sistemin tənqidçisi, amma onun bir parçası

Ritorikasına baxmayaraq, Möqtəda əs-Sədr sistemdən tam kənarda deyil.
Onun hərəkatı dövlət strukturlarında, xüsusən də səhiyyə sektorunda mühüm paya malikdir.
Bundan əlavə, onun “Səraya əs-Səlam” (Sülh Briqadaları) adlı silahlı qolu mövcuddur.Bu səbəbdən Sədr həm sistemi tənqid edən, həm də onun içərisində güc sahibi olan paradoksal fiqurdur - bu da İraq siyasətinin mürəkkəb təbiətini əks etdirir.

Məqalədə: #Müqtəda Sədr #Müqtəda əs-Sədr #Müqtəda Əl-Sədr #Müqtəda əs-Sədrin yeni təlimatları #Sədr hərəkatı #Sədrin geri çəkilməsi #Sədrçilər #Sədr hərəkatı İraqda hansı rola malikdir? #Sədrin seçkiləri boykot etməsi nəyi dəyişəcək? #Müqtəda əs-Sədr seçkilər #Sədrin korrupsiyaya qarşı mövqeyi

Mövzu üzrə digər xəbərlər

İraqda hansı qruplar silahları təhvil verməyib?
İraq

İraqda hansı qruplar silahları təhvil verməyib?

22 Avqust 16:00
Müqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin
İraq

Müqtada əs-Sədr İrana çağırış etdi-İraqı münaqişəyə çəkməyin

29 İyul 13:24
Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN
Yaxın Şərq

Parlament seçkilərinin təxirə salınması ilə bağlı narahatlıq yoxdur - İraq XİN

8 Oktyabr 2025 02:00
Sədr İraq seçkilərində necə və nə vaxt iştirak edəcək?
Baş xəbər

Sədr İraq seçkilərində necə və nə vaxt iştirak edəcək?

5 İyul 2025 20:00

Son Xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
18:03
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.