5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Yaponiyada müsəlmanları harada dəfn edirlər?

Yaponiyada dəfn məsələsi uzun müddət ictimai müzakirə mövzusu olmayıb. Onilliklər ərzində ölkədə vida mərasiminin yeganə forması demək olar ki, yalnız kremasiya olduğundan, torpağa dəfn, açıq qəbiristanlıqlar və monumental məzarlar kimi ənənələr Yaponiyada məhz mövcud deyil. Ərazisinin 75%-i dağlardan ibarət olan və şəhərlərin hər kvadrat metr uğrunda rəqabət apardığı ölkədə ölüm də məkan çatışmazlığı və sərt memarlıq-kültür normalarına tabe edilmiş, nəticədə kremasiya əhalinin 99%-dən çoxu üçün alternativsiz hala çevrilmişdir.

7 Dekabr 2025 16:23
Yaponiyada müsəlmanları harada dəfn edirlər?


BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Yaponiyada dəfn məsələsi uzun müddət ictimai müzakirə mövzusu olmayıb. Onilliklər ərzində ölkədə vida mərasiminin yeganə forması demək olar ki, yalnız kremasiya olduğundan, torpağa dəfn, açıq qəbiristanlıqlar və monumental məzarlar kimi ənənələr Yaponiyada məhz mövcud deyil. Ərazisinin 75%-i dağlardan ibarət olan və şəhərlərin hər kvadrat metr uğrunda rəqabət apardığı ölkədə ölüm də məkan çatışmazlığı və sərt memarlıq-kültür normalarına tabe edilmiş, nəticədə kremasiya əhalinin 99%-dən çoxu üçün alternativsiz hala çevrilmişdir.

Yaponların böyük əksəriyyəti üçün bu sistem tamamilə təbii görünür o, buddizm-sintoizm dünyagörüşü ilə uzlaşır və qəbir sahələrinin çatışmazlığının qarşısını alır. Torpağa dəfn yalnız xüsusi hallarda icazə verilən nadir istisnalardır. Lakin son illərdə bu tarazlıq yeni çağırışla üzləşib və bu müsəlman icmasının artması ilə ələqədardır.

Müxtəlif hesablamalara görə, Yaponiyada yaşayan müsəlmanların sayı 200–350 min arasında dəyişir. Onlar arasında tələbələr, fəhlələr, sahibkarlar, tədqiqatçılar var və hamısını birləşdirən dinin dəqiq hökmüdür: mərhum kremasiya edilmədən torpağa tapşırılmalıdır.

Bəs Yaponiyada müsəlmanları harada dəfn edirlər?

Müsəlmanların sayının artması ilə birlikdə yeni suallar ortaya çıxıb. Bu suallar arasında “dəfnlər harada aparılacaq və hansı ərazilər İslam qəbiristanlıqları üçün ayrıla bilər?”-kimi suallar var.

Cavab çətin olub. Belə yerlər çox azdır və bir-birindən uzaqda yerləşir. Onların bir hissəsi Kobe ətrafında, digəri isə Hokkaydounun kənd rayonlarındadır. Tohokudan Kyushyuyə qədər olan geniş regionlarda isə heç bir İslam qəbiristanlığı mövcud deyil. Bu isə minlərlə müsəlman ailəsini çətin seçim qarşısında qoyur: meyiti yüzlərlə kilometr uzağa aparmaq, vəfat etmiş şəxsi xaricə göndərmək, yaxud ehtiyaclarını nəzərə almayan hüquqi boşluqla üzləşmək.

Yaponiyada müsəlman icmasının tələbləri kifayət qədər təvazökar idi. Şəhər kənarında kiçik sahələr, sanitar normalarına tam uyğun dəfn prosesi, bu tələblərdən ən ənəmlisidir.

Lakin dövlətin reaksiyası minimal olaraq qaldı. Yerli səviyyədə etiraz səsləri də yüksəldi, o cümlədən dəfnlərin “yeraltı suların çirkləndirməsiməsi” kimi arqumentlər irəli sürüldü. Amma ekologiya və səhiyyə ekspertləri düzgün təşkil olunduğu təqdirdə islam dəfnlərinin heç bir risk yaratmadığını təsdiqlədilər.

Yerli məsələ milli müzakirəyə çevrilir

Uzun müddət lokallaşmış və sakit şəkildə davam edən müzakirələr qəfil ölkə gündəminə düşdü. Buna səbəb konservativ “Sanseytо” partiyasının deputatı Midzuxo Umimuranın çıxışı oldu. O bildirdi ki, Yaponiyaya “yeni qəbiristanlıqlar lazım deyil” və kremasiya “bu cəmiyyətin strukturuna uyğun yeganə təbii sistemdir”. O müsəlmanları “məntiqli alternativlər” axtarmağa çağırdı və bu “alternativlər” arasında kremasiya və ya cənazəni xaricə göndərmə kimi üsüllar da yer aldı.

Müsəlman icmasının reaksiyası

Bu bəyanat Yaponiyada yaşayan müsəlmanların ciddi narazılığına səbəb oldu. Onlar bu çıxışı potensial siyasət sərtləşməsinin siqnalı kimi qəbul etdilər. Bir neçə deputatın Umimuranı dəstəkləməsi vəziyyəti daha da gərginləşdirdi. Müsəlmanlar narahatdırlar ki, dini qaydalara uyğun dəfn haqqı dövlət tərəfindən “problem” kimi deyil, “haqlı tələbat” kimi qəbul edilməli olduğu halda əksinə təqdim oluna bilər.

Ölkənin məkan məhdudiyyətləri, müsəlmanların dini tələbləri və siyasi sərtləşmələr fonunda İslam qəbiristanlıqları ilə bağlı böhran Yaponiyanın çoxmədəniyyətliliyə uyğunlaşmaq qabiliyyətinin real sınağına çevrilib.

İndi əsas sual budur:

Yaponiya həyatlarında müsəlmanları qəbul etməyə başladığı insanlara, ölümündən sonra da yer ayıra biləcəkmi?

Məqalədə: #İslam Yaponiyada #Yaponiyada müsəlmanlar #Yaponiyada İslamın tarixi #Yaponiyada ilk məscidlər #Yaponiyada müsəlman icması #Yaponiyada müsəlman tələbələr #Yaponiyada istilər #Yaponiyada müsəlmanların dəfni: məkan böhranı və dini hüquqlar məsələsi #İslam qəbiristanlıqları ətrafında mübahisə: Yaponiya çoxmədəniyyətliliyə hazırdırmı? #Müsəlman icmasının artması Yaponiyada dəfn qaydalarını necə dəyişir? #Где хоронят мусульман в Японии: кризис мест и спор о религиозных правах #Исламские кладбища в Японии: проверка общества на готовность к многообразию #Рост мусульманской общины и новые вызовы японской похоронной системе #Where are Muslims buried in Japan? A crisis of space and religious rights #Japan’s debate over Islamic cemeteries: a test for multiculturalism #Growing Muslim community forces Japan to rethink burial practices #Yaponiyada müsəlman dəfni #İslam qəbiristanlığı Yaponiya #Hokkaydo müsəlman dəfn yerləri #Niyə Yaponiyada torpağa dəfn problemi var? #Yaponiyada müsəlmanlar harada dəfn olunur? #Yaponiya İslam qəbiristanlıqlarını niyə çətinliklə qəbul edir? #Müsəlman dəfni üçün Yaponiyada hansı hüquqi boşluqlar mövcuddur? #Japoniyada kremasiya sistemi və müsəlmanların dini tələbləri #Muslim burials in Japan highlight a growing cultural dilemma #Japan struggles to accommodate Islamic burial requirements

Mövzu üzrə digər xəbərlər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?
VOA analitika: Geosiyasi təhlillər

Ümidə yatırılan milyardlar - Əczaçılıq nəhəngləri xərçəng xəstəliyinin bitməsini istəyirmi?

4 Sentyabr 09:00
İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran
VOA təhlil mərkəzi

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

3 Sentyabr 09:00
Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?
VOA analitika: Geosiyasi təhlillər

Ərəblər Qərbdə müsəlmanların yüksəlişindən niyə faydalana bilmir?

2 Sentyabr 16:04
Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq
Hərbi İnnovasiyalar

Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

2 Sentyabr 09:54

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.