12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

ABŞ dolları son aylarda dünya valyuta bazarlarında ciddi zəifləmə nümayiş etdirir və bu proses artıq dörd illik minimum həddin yenilənməsi ilə nəticələnib. Dolların altı əsas dünya valyutasına nisbətdə dəyərini göstərən DXY indeksi yanvarın sonunda 95,5 bəndə qədər geriləyib. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstərici hesab olunur. ABŞ valyutası ötən il ümumilikdə 9 faiz dəyər itirmişdi, 2026-cı ilin yanvarında isə əlavə olaraq təxminən 4 faiz ucuzlaşıb.

13 Fevral 2026 04:00
Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

ABŞ dolları son aylarda dünya valyuta bazarlarında ciddi zəifləmə nümayiş etdirir və bu proses artıq dörd illik minimum həddin yenilənməsi ilə nəticələnib.

Dolların altı əsas dünya valyutasına nisbətdə dəyərini göstərən DXY indeksi yanvarın sonunda 95,5 bəndə qədər geriləyib. Bu, 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstərici hesab olunur. ABŞ valyutası ötən il ümumilikdə 9 faiz dəyər itirmişdi, 2026-cı ilin yanvarında isə əlavə olaraq təxminən 4 faiz ucuzlaşıb.

İndeks avro, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, funt sterlinq və İsveç kronuna qarşı məzənnəni əks etdirir. Beləliklə, “yaşıl” adlandırılan ABŞ dolları qlobal bazarlarda dörd illik minimumu yeniləyib.

Fevral ayı da bazarlara nikbinlik gətirməyib. ABŞ-da əmək bazarı ilə bağlı açıqlanan statistik göstəricilər dolların təzyiq altında qalmasına səbəb olub. “Challenger, Gray & Christmas” şirkətinin məlumatına görə, Amerika şirkətləri təxminən 108,5 min iş yerinin ixtisarını planlaşdırır ki, bu da oktyabrdan bəri ən yüksək göstəricidir.

Eyni zamanda yeni iş yerlərinin yaradılması üzrə planlar cəmi 5,5 min nəfər səviyyəsində olub. Bu isə statistik müşahidələrin aparıldığı 2009-cu ildən bəri ən aşağı göstəricidir.

İqtisadi artım tempinin 2,8 faizdən 1,5 faizə enməsi də bazarlarda narahatlıq yaradıb. Ekspertlər hesab edir ki, iqtisadi aktivliyin zəifləməsi ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmaq ehtimalını artırır. Bu isə dollar üçün mənfi siqnaldır.

ABŞ dövlət borcu artıq 39 trilyon dollara yaxınlaşır. Donald Trampın təşəbbüsü ilə qəbul edilən geniş fiskal tədbirlər dövlət öhdəliklərinə əlavə 4,1 trilyon dollar yük gətirib.

İnvestorları narahat edən məqam həm də Federal Ehtiyat Sisteminin rəhbərliyinə dair müzakirələrdir. Mövcud sədr Cerom Pauellin səlahiyyət müddəti may ayında başa çatır. Yeni rəhbər təyinatı ətrafında debatlar maliyyə bazarlarında qeyri-müəyyənliyi artırır.

Avropa investorları isə təxminən 8 trilyon dollarlıq ABŞ aktivlərini valyuta riskindən qorumaq üçün dollardan çıxış strategiyası həyata keçirirlər. Bu da bazarda əlavə təzyiq yaradır.

Tramp üçün zəif dollar niyə problem deyil?

Donald Tramp isə dolların zəifləməsini problem kimi görmür. O bildirib ki, “dollarla bağlı vəziyyət əladır”.

Bir sıra iqtisadçılar hesab edir ki, Ağ Ev zəif dolları ixracın stimullaşdırılması və ticarət kəsirinin azaldılması üçün şüurlu şəkildə qəbul edilmiş risk kimi qiymətləndirir. Ucuz dollar ABŞ məhsullarının qlobal bazarlarda rəqabət qabiliyyətini artırır.

Lakin ekspertlər xəbərdarlıq edir ki, 40 trilyona yaxın dövlət borcu şəraitində zəif valyuta kreditor etimadını sarsıda və borcun xidmət xərclərini artıra bilər.

Dolların ehtiyat valyuta statusu təhlükədədirmi?

Son illərdə mərkəzi banklar ehtiyat portfellərini şaxələndirərək qızıla və alternativ aktivlərə üstünlük verirlər.

2015-ci ildə dünya ehtiyatlarında dolların payı təxminən 59 faiz idisə, hazırda bu göstərici 41 faizə enib. Eyni dövrdə qızılın payı 10 faizdən 28 faizə yüksəlib.

Ekspertlər qeyd edir ki, sanksiya siyasəti və artan geosiyasi gərginlik bir çox ölkəni dollar asılılığını azaltmağa sövq edir. Əgər Vaşinqton proteksionizm və yüksək borclanma siyasətini davam etdirsə, avro, İsveç kronu və İsveçrə frankının möhkəmlənməsi müvəqqəti yox, struktur dəyişikliklərin başlanğıcı ola bilər.

Məqalədə: #Dollar dörd illik minimuma düşdü – Tramp zəifləməni strategiya sayır #ABŞ valyutası ucuzlaşır: dövlət borcu və bazar riski artır #DXY indeksi 95 #5 bəndə endi – dollar təzyiq altındadır #Tramp zəif dollar siyasətini müdafiə edir #ABŞ iqtisadiyyatı yavaşlayır: dollar niyə geriləyir? #Qlobal ehtiyatlarda dolların payı azalır #Dolar dört yılın en düşük seviyesinde #Trump zayıf doları stratejik görüyor #ABD ekonomisinde yavaşlama ve dolar baskısı #DXY endeksi sert geriledi #Küresel rezervlerde doların payı düşüyor #Zayıf dolar ihracatı destekler mi?

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

11 Sentyabr 09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.