10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Nəsrullahdan sonrakı dövr: Qasimın idarəçiliyində çökən Hizbullah

Siyasi və xalq baxımından yanlış zamanda "İslam Müqaviməti" – "Hizbullah"ın hərbi qanadı – tərəfindən atılan raketlər, ilk növbədə, baş katib Naim Qasimin "böyük qardaşı", Livan parlamentinin sədri Nəbih Bərri qarşısındakı etibarını sarsıtdı. Bu, İrana dəstək üçün müdaxilə etməmək barədə ona verdiyi vədin pozulması idi. Həmin raketlər şiə icmasını və ölkəni böyük təhlükə altına aldı; belə ki, İsrail Litaninin cənubundakı 15 km dərinlikdəki ərazini işğal etməklə hədələdi, halbuki Prezident Cozef Aun hökumətin Hizbullahın hərbi və təhlükəsizlik fəaliyyətini qadağan edən qərarını dəstəkləyən "Beşlik" komitəsinin səfirlərinə raketlərin həmin zonadan atılmadığını təsdiqləmişdi.

9 Mart 2026 09:00
Nəsrullahdan sonrakı dövr: Qasimın idarəçiliyində çökən Hizbullah

BAKI,VOA, Analitik Təhlil Mərkəzi

Siyasi və xalq baxımından yanlış zamanda "İslam Müqaviməti" – "Hizbullah"ın hərbi qanadı – tərəfindən atılan raketlər, ilk növbədə, baş katib Naim Qasimin "böyük qardaşı", Livan parlamentinin sədri Nəbih Bərri qarşısındakı etibarını sarsıtdı. Bu, İrana dəstək üçün müdaxilə etməmək barədə ona verdiyi vədin pozulması idi. Həmin raketlər şiə icmasını və ölkəni böyük təhlükə altına aldı; belə ki, İsrail Litaninin cənubundakı 15 km dərinlikdəki ərazini işğal etməklə hədələdi, halbuki Prezident Cozef Aun hökumətin Hizbullahın hərbi və təhlükəsizlik fəaliyyətini qadağan edən qərarını dəstəkləyən "Beşlik" komitəsinin səfirlərinə raketlərin həmin zonadan atılmadığını təsdiqləmişdi.

Siyasi mənada İsrail ərazisinə raketlərin atılması təkcə Livan ictimaiyyəti və dövlət rəsmiləri qarşısında deyil, həm də strateji müttəfiqi Nəbih Berri qarşısında Qasıma vurulan bir şillə oldu.

"Hizbullah"da qərarı kim verir?

"Şiə İkilisi"ndən (Əməl və Hizbullah) bir mənbənin "Asharq Al-Awsat" qəzetinə verdiyi məlumata görə, bu raketlər partiya daxilində qərara nəzarətin kimin əlində olması ilə bağlı real suallar doğurub; belə ki, Qasim özü İrana dəstək üçün müdaxilə etməmək vədinə sadiq qala bilməyib.
"İran İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH), Litani çayının şimalından (Səyda-Zəhrani kəndləri) atılan və Hizbullah rəhbərliyinin dərhal üzərinə götürdüyü (əvvəlcə təkzib olunsa da) ilk raket dalğasının arxasında duran bir qrupu qızışdıraraq partiyanı daxildə və xaricdə çətin vəziyyətə salmaqda əli varmı? Mənbənin bildirdiyinə görə, millətlər açıq müharibəyə girdiyi bir vaxtda Qasim partiyanın başını qorumalı idi.

Mənbə qeyd edib ki, Qasimın aldığı bu "siyasi şillə" ilk deyil; o, daha əvvəl silahın yalnız dövlətin əlində olmasını nəzərdə tutan nazirlər bəyanatını dəstəkləmək vədinə də xilaf çıxmışdı. Bərrinin şərh verməməsi onun bu vədin pozulmasından duyduğu dərin narahatlığı gizlətmir, xüsusən də Aun ABŞ-ın Beyrutdakı səfiri Mişel İsa vasitəsilə Vaşinqtonun "Livan tərəfindən hərbi fəaliyyət olmadığı müddətcə İsrailin eskalasiyaya yol verməyəcəyi" barədə ismarışını aldıqdan sonra.

Şiə mühitində parçalanma

Mənbə diqqətə çatdırıb ki, raketlərin atılması "Hizbullah"ın İranla münasibətlərini dərinləşəcək bir problem qarşısında qoyur. Bu, SEPAH-ın öz hərbi qanadını bu addımı atmağa təhrik etməsindən qaynaqlanır ki, bu da bir tərəfdən partiyanın öz xalq bazası qarşısında etibarını zədələyib, digər tərəfdən İsrailə bəhanə verib.

Bu kontekstə siyasi mənbə təsdiqləyib ki, ard-arda atılan raket dalğaları ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqini azaltmaq üçün heç bir dəyişiklik yaratmayıb, qüvvələr nisbətini dəyişməyib, əksinə, Cənubdan, Beyrutun cənub ətraflarından və Bəkaa vadisindən görünməmiş köç dalğasına səbəb olub. Bütün bunlar "Hizbullah" daxilində rəhbərliyin köçkünlər üçün sığınacaq alternativləri hazırlamadan verdiyi bu düşünülməmiş qərara qarşı açıq etirazlara yol açıb.

İranlı diplomatların qovulması

Mənbə "Asharq Al-Awsat"a açıqlayıb ki, ABŞ İsrail adından hökumətdən Beyrutdakı səfirlikdə çalışan İranlı diplomatların böyük hissəsinin qovulması barədə qərar qəbul etməsini istəyib. Buna bəhanə kimi onların diplomatik pasportla ölkəyə gəlmələrinə baxmayaraq, əslində SEPAH-ın "Qüds qüvvələri"nə mənsub olduqları və "Hizbullah", "HƏMAS", "İslami Cihad" ilə hərbi koordinasiya və İsraillə münaqişəni idarə etmək tapşırığı daşıdıqları göstərilir.

Mənbə həmin şəxslərin Hizbullah hərbi qanadını raket atmağa təhrik etməkdə əli olduğunu istisna etmir; bu hərəkət Qasimi çətin vəziyyətə salıb və o, sonradan partiya qərarına hakim olan SEPAH-ın təzyiqi altında bu addımı mənimsəməyə məcbur olub ki, bu da Nəbih Bərri ilə münasibətləri sarsıdıb.

Qasim və Nəsrullah arasındakı fərq

Mənbə vurğulayıb ki, Qasim ilə İsrail tərəfindən öldürülən sələfi Həsən Nəsrullah arasındakı fərq ondadır ki, Qasim SEPAH-ın partiya üzərindəki təzyiqini azalda bilmir və Livanın daxili fəsadlarını nəzərə almaqda acizdir. Sələfi isə İranın hər istədiyini qəbul etmir, daxili vəziyyəti qorumaq üçün hər zaman müzakirə və manevr edirdi.

Qasım isə öz mühitinə "İslam Müqaviməti"nin niyə Nəsrullahın qisasına cavab vermədiyi, lakin İrana dəstək üçün dərhal hərəkətə keçdiyi barədə bir söz deyə bilmir. O, cavab verməməsini hərbi əməliyyatların dayandırılması razılaşmasına sadiqliyi ilə izah edirdi, hətta İsrail tərəfindən hərbi və siyasi liderlərin sui-qəsdlərinə baxmayaraq.

Mənbə sual edir: "Qasım öz mühitinə İsrailin təkrarlanan hücumlarına niyə cavab vermədiyini, lakin İrana siyasi dəstək verməkdən çəkinmədiyini necə izah edəcək? Bu, digər icmalardan əvvəl şiə icması daxilində və təmsil olunduğu hökumətdə onu çətinə salmırmı? "

Yeni sərhəd zolağı

Hizbullah öz hesablamalarına yenidən baxmaq əvəzinə, Livanı açıq müharibəyə cəlb edərək İsrail ərazisini bombaladı. Bu da Aun və Baş nazir Nəvaf Salamı İsrailin müharibəni genişləndirmək və Litani cənubunu əhalidən təmizlənmiş yeni "təhlükəsizlik zolağına" çevirmək hədələrini cilovlamaq üçün əlaqələrə başlamağa vadar etdi. Əslində Hizbullahın bu addımı heç bir halda İsrailə bu və ya digər şəkildə təsir etmirdi. Çünki, İsrail onsuz da Livanın havasına, dənizinə və qurusuna atəşlə nəzarət edir və 'Hizbullah' raketləri onu dayandırmayacaq.

İsrail Livanı "Hizbullah"ın tərksilah edilməsinə başlamağa məcbur etmək üçün hərbi əməliyyatları genişləndirməyə davam edir. Belə ki, Cənub və Beyrutun cənub ətrafları əhalisiz zonalara çevrilmək üzrədir və İsrailin planına şiələrin çoxluq təşkil etdiyi Bekaa bölgəsinin də daxil ediləcəyi gözlənilir.
Hadisələrin gedişatı isə onu göstərir ki, baş verən hadisələr fonunda ( ABŞ və İsrailin İrana hücumu və Tehranın ərəb ölkələrini hədəf alması) Beyrut Tehranla əlaqələrini kəsmək mücburiyyətində qalacaq.

Məqalədə: #Hizbullah və İran münasibətləri #Naim Qasım və Nəbih Berri #Litani çayı təhlükəsizliyi #Livan köçkünləri #SEPAH və Hizbullah #Cozef Aun Livan #İsrailin hərbi təhdidləri #Şiə icması parçalanması #Hizbullahın İran çıxılmazı: Naim Qasım və Nəbih Berri arasında sarsılan etimad #Tehranın təzyiqi və Livanın təhlükəsizliyi: Hizbullahın riskli raket oyunu

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58

Son Xəbərlər

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.