4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Tramp Kubaya qarşı Venesuela ssenarisini təkrarlaya bilərmi?

ABŞ-də keçmiş Kuba lideri Raul Kastroya qarşı irəli sürülən ittihamlar Vaşinqton-Havana münasibətlərində gərginliyi daha da artırıb. Ekspertlər Donald Tramp administrasiyasının Kubaya qarşı tətbiq etdiyi təzyiq modelinin Venesuelaya qarşı həyata keçirilmiş strategiyaya bənzədiyini bildirirlər.

23 May 2026 14:36
Tramp Kubaya qarşı Venesuela ssenarisini təkrarlaya bilərmi?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

ABŞ-də keçmiş Kuba lideri Raul Kastroya qarşı irəli sürülən ittihamlar Vaşinqton-Havana münasibətlərində gərginliyi daha da artırıb. Ekspertlər Donald Tramp administrasiyasının Kubaya qarşı tətbiq etdiyi təzyiq modelinin Venesuelaya qarşı həyata keçirilmiş strategiyaya bənzədiyini bildirirlər.

94 yaşlı keçmiş Kuba rəhbəri Raúl Castro sonuncu dəfə mayın 1-də Əmək Bayramı münasibətilə Havanada keçirilən dövlət yürüşündə ictimaiyyət qarşısında görünüb. Uzun müddətdir mediadan uzaq duran keçmiş liderin həmin tədbirdə görünməsi diqqət çəkib.

Bir neçə gün sonra ABŞ prokurorluğu Raul Kastroya qarşı 1996-cı ildə Mayamidə yaşayan kubalı mühacirlərin idarə etdiyi mülki təyyarələrin vurulması ilə bağlı ittiham irəli sürüb. İttihamlar qətl və təyyarənin məhv edilməsi maddələrini əhatə edir. Həmin dövrdə Raul Kastro Kubanın müdafiə naziri vəzifəsində çalışırdı.

ABŞ Prezident Administrasiyasının nümayəndələrinin açıqlamaları və Prezident Donald Tramp ilə dövlət katibi Marko Rubionun sərt bəyanatları Kubaya qarşı mümkün hərbi müdaxilə ehtimalı ilə bağlı narahatlıqları artırıb.

ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Tod Blanş Mayamidə keçirdiyi mətbuat konfransında bildirib ki, Raul Kastronun ABŞ-yə “istər könüllü, istərsə də başqa formada” gətiriləcəyi gözlənilir.

Kuba hökuməti ittihamları rədd edib və Raul Kastroya dəstək məqsədilə Havanada kütləvi aksiya təşkil edib. ABŞ səfirliyi qarşısında keçirilən aksiyada minlərlə insan keçmiş liderə dəstək nümayiş etdirib.

Aksiya zamanı çıxış edən keçmiş Kuba kəşfiyyatçısı Gerardo Hernández ABŞ-ni siyasi məqsədli hüquq tətbiqində ittiham edib.

Raul Kastro 1953-cü ildə silahlı üsyan ittihamı ilə həbs olunmuş, daha sonra əfv edilərək Meksikaya getmiş və Kuba inqilabının təşkilində iştirak etmişdi. O, uzun illər qardaşı Fidel Castronun hakimiyyəti dövründə müdafiə naziri kimi fəaliyyət göstərib, daha sonra ölkə rəhbərliyini üzərinə götürmüşdü.

Hakimiyyəti hazırkı prezident Miguel Díaz-Canela təhvil verdikdən sonra Raul Kastro ictimaiyyət qarşısında nadir hallarda görünür.

Vaşinqtondakı Amerika Universitetinin professoru William LeoGrande bildirib ki, Raul Kastro hələ də mühüm qərarlarda təsir imkanına malikdir, lakin gündəlik idarəçilik prosesində iştirak etmir.

Onun sözlərinə görə, Raul Kastronun mümkün həbsinin Kuba hakimiyyət sisteminə Venesueladakı qədər təsir göstərməsi gözlənilmir.

Məqalədə qeyd olunur ki, ABŞ son aylarda Kubaya qarşı enerji təzyiqini də gücləndirib. Havana administrasiyası ölkənin neft ehtiyatlarının tükəndiyini açıqlayıb və bunu ABŞ-nin uzunmüddətli enerji məhdudiyyətləri ilə əlaqələndirib.

Venesuelada bu ilin yanvarında baş verən hadisələrdən sonra Kuba üçün həyati əhəmiyyət daşıyan neft tədarükü zəifləyib. Donald Tramp administrasiyası daha sonra Kubaya neft satan ölkələrə əlavə gömrük rüsumları tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, son aylarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri John Ratcliffe və digər yüksəkvəzifəli rəsmilər Kuba nümayəndələri ilə münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər. Lakin danışıqlar nəticəsiz qaldığından Vaşinqton yeni sanksiyalar tətbiq edib.

Beynəlxalq Böhran Qrupunun müşaviri Brayan Finukan hesab edir ki, Tramp administrasiyası Venesuela modelini digər ölkələrdə, o cümlədən Kubada tətbiq etməyə çalışır. Bununla belə, ekspert vurğulayıb ki, Kuba siyasi və hərbi baxımdan Venesueladan tamamilə fərqli struktura malikdir.

Onun sözlərinə görə, Kubada ABŞ ilə əməkdaşlığa hazır alternativ siyasi fiqurun olmaması Vaşinqton üçün əsas problemlərdən biridir.

Ekspertlər bildirirlər ki, hazırda Karib hövzəsində ABŞ hərbi mövcudluğu Venesuelaya qarşı əməliyyatlardan əvvəlki dövrlə müqayisədə daha məhduddur. Buna görə də Kubada eyni nəticənin əldə olunması ehtimalı aşağı qiymətləndirilir.

Həmçinin qeyd olunur ki, ABŞ-nin Kubaya qarşı neft məhdudiyyətləri ölkədə elektrik və yanacaq böhranını daha da ağırlaşdırıb. Analitiklər xəbərdarlıq edirlər ki, iqtisadi təzyiqlərin artması yeni miqrasiya dalğasına səbəb ola bilər.

Siyasi müşahidəçilərin fikrincə, Vaşinqtonun Raul Kastroya qarşı irəli sürdüyü ittihamlar hüquqi prosesdən daha çox siyasi təzyiq aləti xarakteri daşıyır

Məqalədə: #ABŞ sanksiyaları #ABŞ-Kuba münasibətləri #Raul Kastro #Kuba siyasəti #Havanada yürüş #Mülki təyyarə vurulması #Hərbi müdaxilə ehtimalı #Veneseula modeli

Mövzu üzrə digər xəbərlər

ABŞ sanksiyaları İran iqtisadiyyatına təzyiqi artırır
Siyasət

ABŞ sanksiyaları İran iqtisadiyyatına təzyiqi artırır

29 Avqust 10:12
Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım
Suriya

Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

27 Avqust 14:04
Suriyadan sonra ABŞ terror siyahısında üç ölkə qaldı
İran

Suriyadan sonra ABŞ terror siyahısında üç ölkə qaldı

25 Avqust 18:37
ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb
Digər Dövlətlər

ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb

24 Avqust 22:06

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.