7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

Çinin qara donanması - Dəniz milisləri

14 İyun 2024 09:09
Çinin qara donanması - Dəniz milisləri

Bakı,VOA

Böyük Britaniyanın aparıcı qəzetlərindən biri olan The Guardian, Çinin "nadir hallarda varlığını etiraf etdiyi" dəniz milislərini araşdırıb.

Qəzet Pekinin Cənubi Çin dənizindəki hadisələrə müdaxilə etmək üçün istifadə etdiyi dəniz milislərini “Çin donanmasının qara birliyi” kimi xarakterizə edib.

1 - Dəniz milisləri nədir?

Xəbərdə milislərin iki əsas qrupdan ibarət olduğu yazılıb. Birinci qrup xarici gəmilərin qarşısını almaq üçün qurulmuş, lakin balıqçı qayıqlarına bənzəyən 100 qayıqdan ibarətdir.

Spratly Support Balıqçılıq Gəmiləri (SBFV) adlanan digər qrup, Çinin Hainan və Quangdong əyalətlərindəki limanlarda fəaliyyət göstərən və lazım gəldikdə əməliyyatlara daxil edilən daha böyük bir donanmadan ibarətdir.

Bu qrupa birinci ilə müqayisədə hərbi səviyyəli təchizatlı güclü qayıqlar daxildir.

Xəbərdə iddia edilib ki, hər iki donanmanın ekipajları mülki balıqçılar və dənizçilər ilə yanaşı, Pekinin xüsusi təlim proqramı ilə təyin etdiyi keçmiş ordu personalından ibarətdir.

2 - Necə maliyyələşdirilir?

2012-ci ildə Çin prezidenti Si Cinpin vəzifəyə gələndən sonra dəniz milisləri daha peşəkar və təchiz olunub.

ABŞ-da yerləşən Asiya Dəniz Şəffaflığı Təşəbbüsü (AMTI) analitik mərkəzinin paylaşdığı məlumata görə, milislər müxtəlif dövlət subsidiyaları hesabına maliyyələşir. Bəzi işçilər dövlət şirkətlərindən tam ştatlı maaş alırlar.

Həmçinin iddia edilir ki, SBFV ekipajlarına milis missiyalarında iştirak üçün yanacaq xərclərində endirimlər edilib.

AMTI-nin 2021-ci ildə dərc etdiyi hesabatda, "milislərin Çin hökuməti tərəfindən təşkil edildiyi, maliyyələşdirildiyi və idarə edildiyi bildirilir.

Xəbərdə Pekinin Cənubi Çin dənizindəki əməliyyatlarda milislərdən istifadə etdiyini nadir hallarda etiraf etdiyi vurğulanıb.

3 - Milislər necə fəaliyyət göstərir?

Milislər Sarı dəniz, eləcə də İndoneziya, Vyetnam və Malayziyanın müstəsna iqtisadi zonaları da daxil olmaqla geniş ərazidə əməliyyatlarda istifadə olunur.

Bununla belə, Pekin son zamanlar, xüsusilə Filippinlə gərginliyin artdığı Cənubi Çin dənizindəki missiyalara milislər göndərir.

Su topları ilə təchiz edilən bu qayıqlar əməliyyatlar zamanı ərazidən çıxarılması lazım olan gəmilərə təzyiqli su ilə müdaxilə edə bilir.

Bundan əlavə, milislər mübahisəli ərazilərdəki qayaları və adaları mühasirəyə alır, eləcə də bölgədəki arzuolunmaz gəmiləri uzaqlaşdırırlar.

Filippinli etirazçılar may ayında mübahisəli Scarborough Shoal'a yola düşərkən, Pekin müdaxilə etmək üçün donanması və sahil mühafizəsi ilə yanaşı, dəniz milislərini də göndərmişdi.

ABŞ administrasiyası Pekinin əməliyyatlarda dəniz milislərindən istifadə etməsini tənqid edib və onların beynəlxalq qanunları pozduğunu bəyan edib.

Çinin qara donanması - Dəniz milisləri
Məqalədə: #Çin

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.