8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Eli Kohen Kimdir?

O, 1960-cı illərdə Suriyada yüksək səviyyəli siyasi və hərbi şəxslərlə yaxın əlaqələr quraraq müəyyən müddətə İsrailin məlumat toplayan ən effektiv agentinə çevrildi.

25 May 2025 16:52
Eli Kohen Kimdir?

BAKI,AzerVoice

Eli Kohen, 1948-ci ildə qurulan İsrail dövlətinin ən tanınmış və ən önəmli casuslarından biridir. O, 1960-cı illərdə Suriyada yüksək səviyyəli siyasi və hərbi şəxslərlə yaxın əlaqələr quraraq müəyyən müddətə İsrailin məlumat toplayan ən effektiv agentinə çevrildi.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi 2024-çü il may ayında açıqladı ki, Mossad Suriyadan Eli Kohenə aid 2500-ə yaxın sənəd, foto və şəxsi əşyaları ölkəyə qaytarıb. Bu sənədlər illərcə Suriyadakı əsas casusluq arxivlərinin bir hissəsi olub.

Eli Kohen Misirin İskəndəriyyə şəhərində 1924-cü ildə anadan olub. 1949-cu ildə onun ailəsi İsrailə köçsə də, o, Misirdə qalaraq burada İsrail xeyrinə fəaliyyətlər aparıb. 1954-cü il "Lavon qalmaqalı"ndan sonra şübhə altında olsa da, dəqiq dəlil tapılmadı əvvəlcə, 1956-cı ildə Misiri tərk etdi.

Eli Kohen daha sonra İsrail hərbi kəşfiyyatında məlumat analizləri aparıb, ancaq Mossada qoşulma cəhdi ilk olaraq başarısız alınıb. Lakin 1960-cı illərdə Mossad onu Suriya üçün yeni casus kimi hazırlayaraq "Kamil Əmin Sabit" adlı Suriyalı biznesmen kimliyi verib və o Suriya elit dairəsinə daxil olub.

Suriyada dörd il fəaliyyət göstərən Kohen, çox sayda mühüm məlumatı şirfəli radio mesajları vasitəsiylə Tel-Əvivə çatdırıb. 1965-ci ilin mayında ifşa edilərək həbs olunub və 18 may 1965-ci il tarixində edam edilib.

2024-cü ildə İsrailə qaytarılan arxivdə onun ailəsinə yazdığı məktublar, səhifələr dolusu şəxsi qeydlər, şəxsi əşyaları, şəxsi şəkilli pasportları, səyyah dəftərləri və hətta ölüməndən əvvəl əl yazması ilə yazdığı vəsiyyətnamə də var.

Eli Kohenin cənazi yeri illər boyu gizli qaldı. 2019-cu ildə qızı və qohumları məlumat verdilər ki, Mossad onun nəşini Suriyada tapmaq üçün bir neçə mürəkkəb əməliyyat reallaşdırsa da, uğur qazanmayıb. Fərqli mənbələr görə, Suriya rejimi cənazəni dəfələrlə yerləşdirmə yerlərini dəyişdirib.

2023-2024 illərində yeni Suriya rejimi ilə İsrail tərəfi arasında aparılan müzakirələrdə rəsmilər, Eli Kohenin nəşinin tapılması üçün səylər göstərdiklərini bildiriblər.

Netanyahunun ofisinin açıqlamasında qeyd olunub ki, bu arxiv materiallarının geri qaytarılması təkcə Kohenin xatirəsini yad etmək deyil, eyni zamanda İsrailin itkin düşmüş və ya girov götürülmüş şəxslərin geri qaytarılması üçün davam etdirdiyi fəaliyyətin bir hissəsidir.

2019-cu ildə Netfliks şirkəti Eli Kohenin həyatına dair 6 seriyalıq "The Spy" (Casus) serialını hazırlayaraq tamaşaçılara təqdim etdi. Serial, onun həyat yolunu, misilsiz risklərini və tragik aqibətini canlandırır.

Məqalədə: #Kim-kimdir #Eli Kohen

Mövzu üzrə digər xəbərlər

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25
İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?
Ərəb yazıçılar və filosoflar

Fələstin sənətinin canlı yaddaşı Süleyman Mənsur kimdir?

25 Avqust 10:10

Son Xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.