11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Yəmən
Yəmən

İsrail Qəzzada əməliyyatlarını dayandırmasa zərbələr endirməyə davam edəcəyik - Husilər

6 May 2025 19:00
İsrail Qəzzada əməliyyatlarını dayandırmasa zərbələr endirməyə davam edəcəyik - Husilər

BAKI, AzerVoice

İsrail ordusu Qəzza zolağındakı hərbi əməliyyatları dayandırmayınca, İsrail ərazisinə zərbələr endirməyə davam edəcəyik.

AzerVoice xəbər verir ki, bu sözlər Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının yaydığı bəyanatda yer alıb.

“Müsəlman ümmətimizin ləyaqətinin alçaldılmasına və İsrailin Qəzzada soyqırım törətməsinə sadəcə seyrçi qala bilmərik. Silahlı qüvvələrin əməliyyatları davam edəcək. Yəmənin Fələstinə dəstəyi İsrailin təcavüzü dayandırılana və Qəzza üzərindən blokada götürülənə qədər kəsilməyəcək” – deyə, bəyanatda bildirilib.

Xatırladaq ki, bundan əvvəl Yəmən ərazisindən İsrailə raket zərbəsi endirilmişdi. Raket qalıqlarının Ben Qurion hava limanına düşdüyü bildirilmişdi. İsrailin təcili yardım xidməti hadisədə dörd nəfərin yüngül və orta dərəcədə xəsarət aldıqlarını bildirib.

İsrailin dövlət televiziyası KAN hava limanının hücum səbəbilə uçuşlara bağlandığını bildirib.

Digər tərəfdən, "Ənsar Allah" hərəkatının sözçüsü Yəhya Səriə bildirib ki, bu hücum İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi soyqırıma qarşı Fələstin xalqına dəstək məqsədilə edilib.

Səriə bildirib ki, Ben Qurion Hava Limanına hücum hipersonik ballistik raketlə həyata keçirilib və İsrail ilə ABŞ-ın hava müdafiə sistemləri bu raketi vurmaqda aciz qalıb.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #Yəmən #Husilər #Təl-Əviv #hava zərbələri #Ben Qurion hava limanı

Mövzu üzrə digər xəbərlər

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən

Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır

07:49
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Yəmən

Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir

10 Sentyabr 18:36

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.