Çərşənbə axşamı, 21 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Müəlliflər » Ərəb gəncliyinin sükutu-Gələcəyin liderləri necə yetişdirilməlidir?

Ərəb gəncliyinin sükutu-Gələcəyin liderləri necə yetişdirilməlidir?

İyul 21, 2026 5:27 axşam
Paylaş
Paylaş

BAKI,ArabAZ , Sahar Nasser , araşdırmaçı jurnalist, geosiyasət, beynəlxalq məsələlər və media strategiyası üzrə ekspert

Bir neçə onillik əvvəl ərəb universitetlərindən birinin siyasi seminar elan etməsi zalın dolması üçün, tələbələrin bir bəyanatı mətbuatın diqqətini çəkməsi üçün, tələbə həmkarlar ittifaqı seçkilərinin nəticəsi isə hökumətlərin ictimai rəyin istiqamətini oxuması üçün kifayət edirdi.

أين شباب الجامعات في الوطن العربي؟

Qahirə, Beyrut, Dəməşq, Bağdad, Rabat, Tunis və Körfəz paytaxtlarının universitetləri heç vaxt sadəcə diplom verən müəssisələr kimi görülməyib; onlar ideyaların, milli təşəbbüslərin istehsal olunduğu və dövləti idarə edəcək elitaların yetişdirildiyi məbədlər idi.

Əsrlər boyu universitet şəhərciyi (kampus) millətçi, liberal, solçu və islamçı cərəyanların rəqabət apardığı, müstəqillik, inkişaf, birlik, islahat və sosial ədalət məsələlərinin müzakirə olunduğu canlı bir ideoloji laboratoriya kimi çıxış edirdi.

  • ABŞ planı və Həmas-ın yeni strategiyası: Əl-Həyyə dövrü başlayır
  • Flydubai Suriyada ikinci istiqamətə-Hələbə uçuşlara başladı
  • Ərəb gəncliyinin sükutu-Gələcəyin liderləri necə yetişdirilməlidir?
  • Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası
  • Taleh Yüzbəyovun reklamı və Ərəb qadınlarının oxşar reaksiyası

Bu gün isə mənzərə xeyli fərqlidir. Açıq siyasi mühazirələr qeybə çəkilib, milli məsələlər ətrafında tələbə debatları səngiyib, universitet mətbuatı sıradan çıxıb, tələbə həmkarlar ittifaqlarının rolu kiçilib. Universitetlər genişlənib, tələbələrin sayı artıb, akademik dərəcələrin parıltısı artıb, lakin gənclərin milli müzakirələrdəki təsiri zəifləyib, onların ictimai işlərə marağı azalıb.

Gənclər universitet illərini akademik diplomlar və peşəkar təlimlər arxasınca qaçmaqla keçirirlər. Siyasi və intellektual fəaliyyətlər isə onların universitet təcrübəsindən kənarda qalır. Tələbələrin intellektual fəaliyyətlərdə fəal iştirakı demək olar ki, müstəsna, hətta məhdud və ehtiyatlı xarakter daşıyır.
Bu fəaliyyətlər sinif otaqlarında virtual simulyasiyalarla məhdudlaşır. Onların rəyləri isə yalnız mükafatlandırma mərasimi haqqında bir xəbər reportajında, rəqəmsal platformada bir şərhdə və ya rəsmi tədbirdə planlaşdırılmış iştirakda ötəri görünür.

Universitet “olmayan” Səudiyyənin dünya şöhrətli universitetləri

Bu karıxdırıcı sükutun ən təhlükəli tərəfi odur ki, bu, ərəb dövlətlərinin keyfiyyətcə yeni çağırışlarla və onların, eləcə də regionun gələcəyini cızmağa çalışan xarici layihələrlə üz-üzə qaldığı tarixi bir məqamda baş verir. Bu gün vətənlərimizə qarşı müharibələr məlumatlar, narrativlət, ictimai rəy, rəqəmsal kampaniyalar və terminologiyalar vasitəsilə aparılır.

Qlobal təcrübələr göstərir ki, siyasi, iqtisadi və intellektual liderlərin əksəriyyəti öz yoluna universitet skamyalarından başlayıb; onlar orada dərsliyi əzbərləməyi deyil, sual verməyi, müzakirə etməyi, inandırmağı və məsuliyyət götürməyi öyrəniblər. Bu gün isə ərəb tələbələrinin ictimai debata rəhbərlik etmək və siyasətin formalaşmasına təsir göstərmək bacarıqları iş axtarışı qayğılarının, “bloqer/mütəxəssis” karvanına qoşulmağın və rəqəmsal həyatı izləməyin xeyrinə geriləyir. Əsl itki də məhz buradadır.

Universitet gənclərinin rəqəmsal platformalar və media məkanları kimi əvvəlki nəsillərdə olmayan ifadə vasitələrinə sahib olduğu bir vaxtda, onların təsiri fəaliyyətdən şərhçiliyə, təşəbbüskarlıqdan reaksiya verməyə, ictimai məsələlərlə maraqlanmaqdan gündəlik “trendləri” izləməyə doğru geriləyib. Məsələlərini təfəkkür mərkəzləri və ya akademik seminarlar deyil, alqoritmlər müəyyən edir.

Bu, universitetləri siyasi qütbləşmə meydanına və ya partiya münaqişələri tribunasında çevirmək çağırışı deyil. Bu, universitetlərin güclü dövlət tənliyindən kənarda qalmaması üçün onların səlahiyyətlərinin artırılmasına çağırışdır. Bu, aidiyyəti qurumlara ərəb dünyası miqyasında universitetlərin fəaliyyətini canlandırmaq, təsirli siyasətçiləri protokol çıxışları üçün deyil, tələbələrlə açıq dialoqlar üçün dəvət etmək çağırışıdır. Bu, media vasitələrinə illik mükafatlandırma mərasimlərini işıqlandırmaq üçün deyil, tələbələrin vətəni müdafiə etmək gücünü üzə çıxarmaq üçün tələbə proqramları ayırmaq çağırışıdır. Bu, tədqiqat institutlarına ərəb regionundakı universitetlərlə əməkdaşlıq qapılarını açmaq üçün təcili çağırışdır ki, gənclər dövlət siyasətinin necə formalaşdığını, böhranların necə idarə olunduğunu və ideyaların qərarlara necə çevrildiyini anlasınlar.

Qlobal dəyişikliklərin fonunda universitet hələ də dövlətin gələcəyinin qurulduğu təbii məkandır. Bu, mədəni inkişaf çərçivəsində deyil, strateji zərurətlər sırasındadır.

Bugünkü tələb universitetlərin yenidən siyasiləşdirilməsi deyil, onların mülki və intellektual rolunun dirçəldilməsidir. Universitet kampusu yenidən ciddi müzakirələr meydanına çevrilməli, tələbə birlikləri liderlik bacarıqlarının inkişafındakı rolunu bərpa etməlidir. Debat yarışları, simulyasiya məhkəmələri, parlament modelləri, dövlət siyasəti laboratoriyaları və ideya inkubatorları genişlənməlidir ki, universitet sadəcə diplom almaq məntəqəsi deyil, liderlər fabriki olsun.

Bəlkə də sormağın vaxtı çatıb: Ərəb universitet gəncliyi harada qeybə çəkildi? Universitetlər geostrateji təhlükəsizlikdən başlayaraq kiber təhlükəsizlik, rəqəmsal iqtisadiyyat və iqlim dəyişikliyinə qədər milli müzakirələrdən təcrid olunarsa, dövlət öz məsələlərini anlayan və onları intellektual meydanlarda, siyasi manevrlərdə müdafiə edə bilən bir nəsil yetişdirə bilməzsə, ərəb gələcəyini təsəvvür etmək çətindir.

Milli universitetlərini kənara itirən və gənclərini milli müzakirələrdən kənarda saxlayan dövlət sabahsı gün öz ideyalarını və liderlərini kənardan idxal edəcək. Milli universitetləri ilə körpülər quran dövlət isə, şübhəsiz ki, öz milli təhlükəsizliyinə, bu gününə və gələcəyinə sərmayə qoyur.

Səudiyyə Ərəbistanında gənclər arasında sosiallaşma vərdişləri köklü şəkildə dəyişir. Uzun illərdir davam edən ənənəvi kafe və restoran görüşləri artıq yerini dulusçuluq (saxsı qab) emalatxanalarına, kulinariya dərslərinə, şam hazırlama seanslarına və kvest otaqlarına (escape rooms) verir. 

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Azər HüseynovMüəlliflər

Qərbin təzyiqi Suriyada yeni vətəndaş müharibəsini alovlandırır?

Müəllif:
ArabAZ News
Aliyə MənsurMüəlliflər

Hizbullah sadəcə Livanın yox, bütün ərəb dünyasının problemidir

Müəllif:
ArabAZ News
İbrahim HamidiMüəlliflər

Yaxın Şərqin enerji xəritəsi-Sərhədləri birləşdirən iqtisadi model

Müəllif:
ArabAZ News
Əhməd DavodoğluMüəlliflər

NATO öz fundamental yaradılış fəlsəfəsini necə itirdi?

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.